Yoxlama nəticələri

1. Aşağıdakı ardıcıllıqlardan hansı doğrudur?
A) Əməli yaddaş > Prosessor > L1 keş > L2 keş
B) Prosessor > L1 keş > Əməli yaddaş > L2 keş
C) Əməli yaddaş > L1 keş > L2 keş > Prosessor
D) Əməli yaddaş > L2 keş > L1 keş > Prosessor
E) L1 keş > L2 keş > Əməli yaddaş > Prosessor


2. Prosessor hansı hissələrdən ibarətdir?
A) Hesab-məntiq qurğusu, idarəetmə qurğusu
B) Hesab-məntiq qurğusu, idarəetmə qurğusu, daxili yaddaş
C) Hesab-məntiq qurğusu, giriş-çıxış qurğusu, idarəetmə qurğusu
D) Hesab qurğusu, məntiq qurğusu, idarəetmə qurğusu
E) Hesab-məntiq qurğusu, idarəetmə qurğusu, daimi yaddaş


3. Aşağıdakılardan hansı xarietmə qurğusudur?
A) skanner
B) light pen
C) touch pad
D) barcode
E) proyektor


4. Aşağıdakılardan hansı kompüterin əsas qurğusu deyil?
A) monitor
B) klaviatura
C) modem
D) siçan
E) sistem bloku


5. Hansı qurğular kompüterə port vasitəsilə qoşulmur?
A) monitor, printer
B) kamera, proyektor
C) klaviatura, printer
D) harddisk, RAM
E) printer, flash kard


6. Hansılar sistem blokunun növləridir?
I. AT; II. CRT; III. İSA; IV. ATX

A) I, II
B) II, III
C) III, IV
D) II, IV
E) I, IV


7. Hansı kompüterlərdə ATX tipli sistem bloku istifadə olunub?
A) İBM PC-286
B) Pentium III
C) İBM PC-386
D) Pentium I
E) İBM PC-486


8. Hansı tip monitorlarda arxa işıqlandırma lampası istifadə olunur?
I. CRT (elektron şüa borusu); II. LCD (maye kristal displey); III. Plazma

A) yalnız II
B) I, II
C) yalnız I
D) II, III
E) yalnız III


9. Aşağıdakı printerlərdən hansılar zərbəlidir?
I. dot matrix; II. laser-jet; III. ink-jet

A) yalnız II
B) I və II
C) yalnız III
D) II və III
E) yalnız I


10. DRAM 1 bit üçün neçə tranzistor istifadə edir?
A) 1
B) 2
C) 4
D) 8
E) 16