1. Hansı qurğular kompüterə port vasitəsilə qoşulmur?
A) monitor, printer
B) kamera, proyektor
C) klaviatura, printer
D) harddisk, RAM
E) printer, flash kard
2. Hansı tip monitorlarda arxa işıqlandırma lampası istifadə olunur?
I. CRT (elektron şüa borusu); II. LCD (maye kristal displey); III. Plazma
A) yalnız II
B) I, II
C) yalnız I
D) II, III
E) yalnız III
3. ... qurğuların, proqramların və insanın qarşılıqlı əlaqəsini təmin edən vasitələr və qaydalar çoxluğudur.
A) kontroller
B) port
C) şin
D) interfeys
E) drayver
4. Aşağıdakılardan hansılar optik diskdir?
I. Floppy disk; II. CD; III. Harddisc; IV. DVD; V. Zip disk
A) I, II
B) III, IV
C) I, V
D) III, V
E) II, IV
5. Aşağıdakılardan hansılar maqnit diskdir?
I. CD; II. Flash; III. DVD; IV. Floppy; V. Harddisk
A) I, III
B) II, IV
C) I, II
D) IV, V
E) III, V
6. ... fərdi kompüterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.
A) HDD
B) SRAM
C) BİOS
D) DRAM
E) CMOS
7. Fərdi kompüterlərdə ötürülən siqnallar:
A) diskretdir
B) kəsilməzdir
C) qismən diskretdir
D) qismən kəsilməzdir
E) həm diskretdir, həm də kəsilməzdir
8. Prosessorun əsas parametrləri hansılardır?
1.Kadrların əks olunma tezliyi
2.Müdafiə dərəcəsi
3.Takt tezliyi
4.Keş yaddaşın tutumu
5.Diaqonal üzrə ölçüsü
6.Mərtəbəliliyi
7.İşçi gərginliyi
8.Piksellərin (nöqtələrin) sayı
A) 1, 2, 5, 8
B) 2, 3, 4, 6
C) 3, 4, 6, 7
D) 3, 4, 5, 6
E) 1, 3, 4, 6
9. Böyük həcmdə informasiyanı saxlayan yaddaş qurğusu hansıdır?
A) digitayzer
B) kontroller
C) plotter
D) strimer
E) skaner
10. Hansı doğrudur?
“Kompyuter ... istifadə oluna bilər”.
1. prosessorsuz
2. daxili yaddaşsız
3. printersiz
4. CD ROM-suz
A) 1, 2
B) 3, 4
C) 1, 3
D) 1, 4
E) yalnız 2