1. Kompüterdə məsələnin həlli hansı ardıcıllıqla aparılır?
1. işçi proqramın icrası, nəticələrin alınması və təhlili
2. proqramlaşdırma dilinin seçilməsi və sazlanması
3. həll alqoritminin yaradılması
4. verilənlərin strukturunun təyini
5. məsələnin qoyuluşu
A) 1, 2, 3, 5, 4
B) 5, 1, 3, 4, 2
C) 3, 2, 1, 5, 4
D) 5, 3, 4, 2, 1
E) 5, 4, 1, 2, 3
2. Verilənlər bazası - ... .
A) Müəyyən qaydalar əsasında təşkil olunmuş verilənlər yığınıdır
B) Böyük informasiya massivlərinin saxlanılması və emalı üçün proqramlar məcmusudur
C) Verilənləri toplanması və manipulyasiyasını dəstəkləyən interfeysdir
D) Müəyyən informasiya yığınıdır
E) Tətbiqi proqramlar və verilənlər arasında əlqə üçün interfeysdir
3. Mətn faylının tutumu 320 kbaytdır. Fayl hər səhifəsində orta hesabla 32 sətiri olan kitabdan ibarətdir. Hər sətirdə 64 simvol var. Faylın neçə səhifəsi var?
A) 320
B) 160
C) 540
D) 640
E) 1280
4. Uyğunluğu müəyyən edin.
1. Ekran ayırdetməsi
2. Printer ayırdetməsi
3. Təsvirin ayırdetməsi
a) kompüter sisteminin və əməliyyat sisteminin xassəsidir. Bir düym məsafəyə düşən piksellərlə ölçülür.
b) vahid uzunluqlu sahədə çap olunacaq ayrı-ayrı nöqtələrin miqdarını təyin edən printerin xassəsidir. Lpi-lərlə ölçülür.
c) təsvirin öz xassəsidir. Dpi-lərlə ölçülür və skanerdə təsvir yaradarkən təyin edilir.
A) 1-b, 2-c, 3-a
B) 1-a, 2-c, 3-b
C) 1-c, 2-a, 3-b
D) 1-c, 2-b, 3-a
E) 1-a, 2-b, 3-c
5. İkin proqram nədir?
A) əməliyyat sistemləri və tətbiqi proqram paketləri
B) kompüter dilinə tamamilə səhvsiz çevrilmiş istənilən proqram
C) utilit və drayver proqramı
D) proqramlaşdırma sistemləri və servis proqramları
E) məsələnin həll alqoritmi əsasında seçilən dildə yazılmış proqram
6. Filtr (və ya keşikçi) tip antivirus proqramlarının əsas funksiyası nədir?
A) Əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir
B) Virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir
C) Kataloqların, proqramların, sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir
D) İcra olunan proqram fayllarına, rezident proqramların yerləşdirilməsinə, diskin yükləyici sektoruna nəzarət edir, təhlükəli əməliyyatları izləyir
E) Vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır
7. Verilmiş fiquru cəkmək ucun Bağaya hansı komandalar verilməli dir?
A) qələmiendir sola 140 irəli 70 sola 40 irəli 50 sağa 90 irəli 50
B) qələmiendir sağa 90 irəli 50 sola 90 irəli 50 sağa 40 irəli 70
C) qələmiendir irəli 50 sola 90 irəli 50 sağa 140 irəli 70
D) qələmiendir sağa 90 irəli 50 sola 90 irəli 50 sağa 140 irəli 70
E) qələmiendir sağa 90 irəli 50 sağa 90 irəli 50 sağa 140 irəli 70
8. Aşağıdakı proqram yerinə yetiriləndə sonra nəticə nə olacaq?
k=2
while k<99:
k +=2
print (k)
A) sonsuz dövr yaranacaq
B) 100
C) 98
D) 102
E) kompilyasiya zamanı səhv meydana çıxacaq
9. Uyğunluğu müəyyən edin.
1. Giriş qurğuları
2. Çıxış qurğuları
3. yaddaş qurğuları
a) printer
b) digitayzer
c) Plotter
d) Hard disc
e) Mikrofon
A) 1-b, e; 2-a, c; 3-d
B) 1-e; 2-a, b, c; 3-d
C) 1-b; 2-a, c; 3-d, e
D) 1-a, b, e; 2-c; 3-d
E) 1-b, e; 2-a; 3-c, d
10. Şəkildə hansı şəbəkə topologiyası təsvir olunub?
A) ulduz
B) halqa
C) ağac
D) şin
E) tam