Yoxlama nəticələri

1. Aşağıdakılardan hansılar əməliyyat sisteminin funksiyalarına aiddir?
1. əməliyyat sisteminin nüvəsi avtomatik yüklənməni təmin edir
2. mürəkkəb mətnlərin hazırlanması
3. kompüterin fiziki mühafizəsi
4. diskdə verilənlərin saxlanması üçün fayl sistemini təşkil edir
5. proqramın əməli yaddaşa yüklənməsini təmin edir və icrasını idarə edir
6. proqramlara virus düşməsinin qarşısını alır.

A) 1, 3, 6
B) 2, 4
C) 2, 5, 6
D) 1, 4, 5
E) 1, 6


2. Qrafiki fayl 1024 rəng çalarına malik idi. Bu qrafiki təsvirin rəng çalarlarının sayı 256 dəfə azaldılarsa, qrafiki təsvirin yaddaş tutumu necə dəyişər?
A) 256 dəfə artar
B) 256 dəfə azalar
C) 4 dəfə azalar
D) 2 dəfə azalar
E) 5 dəfə azalar


3. Sərt disklərdə informasiyanın saxlanmasının təhlükəsizliyini təmin etmək üçün onları nədən qorumaq lazımdır?
A) Temperaturan aşağı düşməsindən
B) Atmosfer təzyiqinin dəyişkənliyindən
C) İşıqdan
D) Xarici fiziki təsirlərdən
E) Səs siqnallarından


4. Aşağıdakı proqram fraqmentinin sonunda nəyi tapırıq?
s = 0
for i in range(1, 51):
    s = s + i
print(s)

A) İlk əlli bir natural ədədin cəmini
B) İlk əlli natural ədədin cəmini
C) 1 və 51 ədədlərinin cəmini
D) 1 və 50 ədədlərinin cəmini
E) Tək ədədlərin cəmini


5. Aşağıdakılardan hansı relyasiya cədvəlinin nisbət olması üçün təyin edilmiş şərtlərdən deyil?
A) Cədvəlin açar sahəsi olmalıdır
B) Cədvəlin bütün sütunları eyni struktura malik olmalıdır
C) Cədvəlin bütün sətirləri eyni struktura malik olmalıdır
D) Cədvəlin sətirlər ardıcıllığı istənilən kimi ola bilər
E) Cədvəlin sütun başlıqları təkrarlanmamalıdır


6. Tətbiqi proqramların təyinatı nədir?
A) Kompüterin işini və informasiya emalı prosesini idarə edir
B) Şəbəkə resurslarını idarə edir
C) Müəyyən tip məsələlərin həlli üçün nəzərdə tutulub
D) İstifadəçi ilə kompüter arasında əlaqə qurur
E) Digər proqramlarla periferiya qurğuları arasında əlaqə yaratmaq


7. Uyğunluğu müəyyən edin.
1. router
2. repiter
3. bridge
a) OSI modelinin kanal səviyyəsində işləyir və eyni protokolla işləyən qurğuları birləşdirir
b) OSI modelinin şəbəkə səviyyəsində işləyir və müxtəlif protokollu qurğuları birləşdirir
c) OSI modelinin fiziki səviyyəsində işləyir və siqnalın səviyyəsini bərpa etməklə şəbəkə seqmentlərini birləşdirir

A) 1-a, 2-b, 3-c
B) 1-b, 2-c, 3-a
C) 1-a, 2-c, 3-b
D) 1-c, 2-b, 3-a
E) 1-b, 2-a, 3-c


8. Əgər Birinci ədəd 26,İkinci ədəd 25 olarsa,aşağıdakı əməliyyatın nəticəsi neçə olacaq?
a = int(input("Birinci ədədi daxil edin: "))
b = int(input("İkinci ədədi daxil edin: "))
while a != b:
    if a > b:
        a = a - b
    else:
        b = b - a
print (a+b)

A) 51
B) 26
C) 25
D) 2
E) alqoritm sonsuz dövr edəcək


9. Uyğunluğu müəyyən edin.
1. analoq informasiya
2. rəqəmsal informasiya
a) təbiətdə mövcud olan informasiyadır
b) kəsilən informasiyadır
c) kompüterdə mövcud olan informasiyadır
d) kəsilməz informasiyadır
e) virusa yoluxma təhlükəsi yoxdur

A) 1 – a, d; 2 – b, c, e
B) 1 – a, d, e; 2 – b, c
C) 1 – b, d, e; 2 – a, c
D) 1 – c, e; 2 – a, b, d
E) 1 – a, d; 2 – b, c, e


10. III nəsil EHM-ə aid olmayan cavabı müəyyən edin.
A) İlk dəfə maqnit yaddaş diskindən istifadə olundu
B) İlk dəfə monitordan istifadə edildi
C) İlk dəfə yarımkeçiricilərdən istifadə edildi
D) Kompüterdə multiproqram rejimindən istifadə edildi
E) Kompüterə çoxlu əlavə qurğular qoşulması imkanı yaradıldı