Yoxlama nəticələri

1. Prolog dilinin müəllifi kimdir?
A) Con Makkarti
B) Alan Kolmero
C) Con Bekus
D) Qvido van Rossum
E) Börn Straustrup


2. Aşağıdakı kod fraqmentinin hansı sətrində səhv var?
if a > b :
   a = a – b
else
   b = b – a

A) 1
B) 2
C) 3
D) 4
E) Heç biri


3. Şərt operatorunda hansı məntiqi ifadə qiyməti 5-dən böyük və 9-dan kiçik ədədləri seçməyə imkan verir?
A) x > 5 or x < 9
B) not(x < 5) or x < 9
C) x > 5 and not (x >=9)
D) not (x < 5 and x > 9)
E) not (x > 5 or x < 9)


4. Aşağıdakı proqram fraqmentində dövrün gövdəsi neçə dəfə təkrar olunacaq?
i = 1
while i <= 4:
   print(i*2)
i = i + 1

A) olunmayacaq
B) 1
C) 2
D) 4
E) sonsuz sayda


5. Aşağıdakı proqram fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
s = 0
for i in range (1, 5) :
   s = s + i
print (s, end = “ “)

A) 15
B) 5
C) 4
D) 10
E) 0 (sıfır)


6. Aşağıdakı proqram nəyi hesablayır?
s = 0
while n >= 1:
   a = n % 10
   n = n // 10
   s = s + a    
print(s)

A) iki ikirəqəmli ədədin cəmini
B) istənilən iki ədədin cəmini
C) istənilən ədədin rəqəmlər cəmini
D) ikirəqəmli ədədin rəqəmlər cəmini
E) ədədin 10-a bölünməsindən alınan qalığı


7. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 1234
s = 0
while n >= 1:
   n = n // 10
   a = n % 10
s = s + a    
print(s)

A) 10
B) 6
C) 0 (sıfır)
D) 1
E) 4


8. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 3
y = n%2
if y:
   x = pow(n, 2)
else:
   x = pow(n, 3)
print(x)

A) 9
B) 27
C) 0 (sıfır)
D) 1
E) 6


9. Aşağıdakı proqram nəyi hesablayır?
s = 0
for i in range (a, b+1):
   x = i % 3
   if x == 0:
       s = s + 1
print(s)

A) a-dan (b+1)-ə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin sayını
B) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünən ədədlərin sayını
C) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin cəmini
D) a-dan (b+1)-ə qədər ədədlər içərisində 3-ə bölünən ədədlərin cəmini
E) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin sayını


10. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə nə olacaq?
s = 0
n = 0
for i in range (40):
   x = i % 5
   if x == 0:
       s = s + i
       print ( i , end = " " )
       n = n + 1
print(s/n)

A) 10 20 30 40 25
B) 0 5 10 15 20 25 30 35 40 20
C) 5 15 25 35 20
D) 0 10 20 30 15
E) 0 5 10 15 20 25 30 35 17.5