Yoxlama nəticələri

1. Aşağıdakı printerlərdən hansılar zərbəlidir?
I. dot matrix; II. laser-jet; III. ink-jet

A) yalnız II
B) I və II
C) yalnız III
D) II və III
E) yalnız I


2. ... qurğuların, proqramların və insanın qarşılıqlı əlaqəsini təmin edən vasitələr və qaydalar çoxluğudur.
A) kontroller
B) port
C) şin
D) interfeys
E) drayver


3. Trackball hansı qurğunun analoqu ola bilər?
A) lazer printer
B) coystik
C) diyircəkli maus
D) lazer maus
E) taçpad


4. Aşağıdakılardan hansı skanner növü deyil?
A) handheld
B) flatbed
C) impact
D) sheet-fed
E) overhead


5. Aşağıdakılardan hansılar maqnit diskdir?
I. CD; II. Flash; III. DVD; IV. Floppy; V. Harddisk

A) I, III
B) II, IV
C) I, II
D) IV, V
E) III, V


6. Klaviaturada hansı düymələr qrupu yoxdur?
A) funksional
B) hesabi
C) əlifba-rəqəm
D) idarəetmə
E) rəqəm


7. Aşağıdakılardan hansılar daxiletmə qurğusudur?
I. Floppy disc; II. Barcode; III. Proyektor; IV. Joystick; V. Speaker

A) I, II
B) I, V
C) II, IV
D) III, IV
E) III, V


8. Fərdi kompüterlərdə ötürülən siqnallar:
A) diskretdir
B) kəsilməzdir
C) qismən diskretdir
D) qismən kəsilməzdir
E) həm diskretdir, həm də kəsilməzdir


9. Bütün kompüterlərə məxsus olmayan vasitələri göstərin:
A) BIOS
B) Proqram təminatı
C) Xüsusi periferiya qurğuları
D) Texniki təminat
E) Drayverlər


10. Daxili yaddaş qurğularına aiddir:
1. RAM
2. HDD
3. DVD
4. BIOS
5. FDD

A) 1, 5
B) 1, 4
C) 1, 3, 5
D) 2, 5
E) 2, 4, 5