Yoxlama nəticələri

1. Aşağıdakılardan hansılar rastr tipli təsvirlərin mənfi cəhətinə aiddir?
1. rastr təsvirlər yaddaşa qənaət etmirlər
2. rastr təsvirlərin ölçülərini dəyişmək olmur
3. rastr təsvirləri vektor təsvirlərə çevirmək olmur
4. rastr təsvirlərin ölçülərini dəyişən zaman öz keyfiyyətlərini itirirlər
5. rastr təsvirlərdə ancaq ağ-qara rəng modelindən istifadə edilir.

A) 1, 5
B) 1, 4
C) 2, 4
D) 3, 5
E) 1, 3


2. Aşağıdakı hesablama hansı say sistemində doğrudur?
43x+12x=55x

A) 5
B) 10
C) 6 və yuxarı
D) 7
E) 5 və yuxarı


3. Aşağıdakı proqram fraqmentinin sonunda nəyi tapırıq?
s = 0
for i in range(1, 51):
    s = s + i
print(s)

A) İlk əlli bir natural ədədin cəmini
B) İlk əlli natural ədədin cəmini
C) 1 və 51 ədədlərinin cəmini
D) 1 və 50 ədədlərinin cəmini
E) Tək ədədlərin cəmini


4. Mətn faylının tutumu 320 kbaytdır. Fayl hər səhifəsində orta hesabla 32 sətiri olan kitabdan ibarətdir. Hər sətirdə 64 simvol var. Faylın neçə səhifəsi var?
A) 320
B) 160
C) 540
D) 640
E) 1280


5. Əməliyyatın nəticəsi nə olacaq?
x = 589
y = 5
x = x // y
y = x % y
print(y, x)

A) 3 117
B) 1 117
C) 2 12
D) 2 17
E) 2 117


6. Əgər Birinci ədəd 26,İkinci ədəd 25 olarsa,aşağıdakı əməliyyatın nəticəsi neçə olacaq?
a = int(input("Birinci ədədi daxil edin: "))
b = int(input("İkinci ədədi daxil edin: "))
while a != b:
    if a > b:
        a = a - b
    else:
        b = b - a
print (a+b)

A) 51
B) 26
C) 25
D) 2
E) alqoritm sonsuz dövr edəcək


7. Verilmiş fiquru cəkmək ucun Bağaya hansı komandalar verilməli dir?


A) qələmiendir sola 140 irəli 70 sola 40 irəli 50 sağa 90 irəli 50
B) qələmiendir sağa 90 irəli 50 sola 90 irəli 50 sağa 40 irəli 70
C) qələmiendir irəli 50 sola 90 irəli 50 sağa 140 irəli 70
D) qələmiendir sağa 90 irəli 50 sola 90 irəli 50 sağa 140 irəli 70
E) qələmiendir sağa 90 irəli 50 sağa 90 irəli 50 sağa 140 irəli 70


8. Bal cədvəli verilənlər bazası təqdim olunmuşdur. Verilənlərin azalmaya görə nizamlanması nəticəsində Aysel adlı tələbə haqqında yazı (record) 2 sətir aşağı (4-cü sətrə) endi. Azalmaya görə nizamlanma hansı sahə üzrə aparılmışdır?


A) Sıra
B) Məntiq
C) İnformatika
D) Xarici dil
E) Yekun


9. Saytın veb-serverdə yerləşdirilməsi və ona xidmət göstərilməsi necə adlanır?
A) monitorinq
B) yerləşdirmə
C) domen qeydiyyatı
D) texniki xidmət
E) hostinq


10. Python dilində sətri siyahıya çevirmək üçün hansı metoddan istifadə edilir?
A) Type()
B) List()
C) Str()
D) Split()
E) Join()