Yoxlama nəticələri

1. Aşağıdakılar arasında uyğunluq müəyyən edin.
1. Rastr təsvirləri; 2. Vektor təsvirləri
I. daha məhsuldar hesablama sistemi tələb edir; II. Daha böyük yaddaş tələb edir

A) 1-I, 2-II
B) 1-II, 2-I
C) 1-I, 2-I, II
D) 1-I, 2-I, II
E) 2-I, II


2. Uyğunluğu müəyyən edin.
Redaktorlar: 1.rastr; 2.vektor
Minimal obyekt: I.nöqtə; II.xətt

A) 1-I, 2-I
B) 1-II, 2-II
C) 1-I, II; 2-II
D) 2-I, II
E) 1-I, 2-II


3. Bitmap nədir?
A) rastr qrafikası təsviri
B) vektor qrafikası təsviri
C) piksel
D) təsvir ölçü vahidi
E) fayl genişlənməsi


4. Aşağıdakılardan hansılar vektor qrafikasına aiddir?
1.təsvirin saxlanılmasında formullardan istifadə; 2.təsviri böyütdükdə keyfiyyətin itməsi; 3.daha məhsuldar hesblama sistemi tələbi; 4.daha böyük yaddaş tələbi

A) 1, 2, 3
B) 2, 4
C) 3, 4
D) 1, 3
E) 2, 3, 4


5. Aşağıdakılardan hansılar rastr qrafikasına aiddir?
1.kamera və skannerlərdə istifadə olunur; 2.daha məhsuldar hesablama sistemi tələb edir; 3.daha böyük yaddaş tələb edir; 4.təsviri böyütdükdə keyfiyyət itkisi baş verir

A) 1, 2, 3
B) 1, 3, 4
C) yalnız 2, 3
D) yalnız 2, 4
E) yalnız 3, 4


6. Aşağıdakılardan hansı vektor əsaslı qrafiki redaktordur?
A) Painter
B) Adobe Photoshop
C) MS Paint
D) Xara Extreme
E) GİMP


7. Aşağıdakılardan hansı rastr qrafikasında fayl genişlənməsidir?
A) PNG
B) EPS
C) PDF
D) SVG
E) WMF


8. 20,32x15,24 (sm2) ölçülü şəkil 300 dpi çözünürlükdə çap olunmuşdursa, o neçə pikseldən təşkil olunub?
A) 1, 3 MPx
B) 5 MPx
C) 4,12 MPx
D) 12,1 MPx
E) 7,23 MPx


9. 640x480 piksel ölçülü bir təsvir 8 bit-lik RGB sistemində maksimum neçə kB informasiya daşıyır?
A) 300
B) 2400
C) 37,5
D) 7200
E) 900


10. Aşağıdakılardan hansı Paint qrafik redaktorunun alətlər lentinə aid deyil?
A) Hiperbola
B) Ellips
C) Karandaş
D) Düz xətt
E) Düzbucaqlı