Yoxlama nəticələri

1. Aşağıdakılardan hansı informasiyanın xassəsi deyil?

A) faydalılıq
B) kütləvilik
C) aktuallıq
D) obyektivlik
E) adekvatlıq


2. 215 ədədi kompüterin yaddaşında nə qədər tutar?
A) 215 bit
B) 15 bit
C) 2 bayt
D) 215 bayt
E) 15 bayt


3. Bayt terminini ilk dəfə kim və nə vaxt işlətmişdir?
A) Verner Bacholz (1956)
B) Samuel Morze (1960)
C) Daniel Bayt (1965)
D) Emil Bodo (1956)
E) Donald Murrey (1992)


4. FIELD DATA adlanan hərbi standartlar qrupunun əsas xüsusiyyətlərinə aid edilir:
1. 7 mərtəbəli kodlaşdırma
2. 32 simvolu kodlaşdırma
3. yazı və çap ingilis hərfləri üçün kodların olması
4. məlumatın xüsusi ayırıcı kodlarının olması

A) 1, 2, 3
B) 2, 3, 4
C) 1, 3, 4
D) 1, 2, 4
E) Heç biri


5. 24 Meqabayt neçə bitdir?
A) 24*220
B) 3*223
C) 12*221
D) 3*226
E) 6*226


6. Yalnız 1-dən kiçik ədədlərin təsvir olunduğu forma aşağıdakılardan hansıdır?
A) Tam ədəd
B) Sabit nöqtəli
C) Sürüşən nöqtəli
D) Simvol
E) Məntiqi


7. ... əməlini sadələşdirmək məqsədilə kompüterdə xüsusi kodlardan istifadə olunur və nəticədə ... əməli ... əməlinə gətirilib çıxardılır.
A) çıxma, toplama, toplama
B) toplama, çıxma, vurma
C) vurma, çıxma, toplama
D) çıxma, çıxma, toplama
E) çıxma, toplama, vurma


8. ... ədədin ... kodu onun ... koduna bərabər olur.
A) müsbət, xüsusi, mənfi
B) mənfi, əks, düz
C) müsbət, xüsusi, düz
D) mənfi, əks, əlavə
E) müsbət, düz, mənfi


9. Diskdə 2 MB səs faylı, 512 KB şəkil və 4096 bayt mətn faylı varsa, diskdə cəmi neçə KB yer tutulub?
A) 2516
B) 2564
C) 6608
D) 4610
E) 6656


10. 5120 kB fayl olan diskə 8192 bayt yeni fayl yazdıqdan sonra diskdən ümumi ölçüsü 2 MB olan bir neçə fayl silinir. Diskdə neçə kB fayl qalar?
A) 3080
B) 11264
C) 13310
D) 8195
E) 3128