1. Proqramın ilkin mətnini maşın koduna çevirən xüsusi proqram necə adlanır?
A) modifikator
B) translyator
C) konvertor
D) kodifikator
E) əlaqə redaktoru
2. Aşağıdakı proqramlardan hansı MS Office-ə daxil deyil?
A) Excel
B) Power Point
C) Winamp
D) Word
E) Access
3. Aşağıda göstərilən proqramlardan hansı MS Office paketinə daxil deyil?
A) Word
B) Excel
C) Paint
D) Access
E) PowerPoint
4. Tətbiqi proqram təminatına daxildir:
1. proqramlaşdırma sistemləri
2. səs redaktorları
3. mühasibat proqramları
4. fayl menecerləri
A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 4, 5
E) 1, 5
5. Tətbiqi proqramları seçin:
1. Mətn redaktorları
3. Arxivatorlar
5. Elektron cədvəllər
7. Translyatorlar
2. Antivirus proqramları
4. Qrafik redaktorlar
6. Əməliyyat sistemləri
8. Tərcümə proqramları
A) 1, 4, 5, 8
B) 2, 3, 6, 7
C) 1, 2, 3, 6
D) 1, 3, 5, 7
E) 2, 4, 6, 8
6. Aşağıdakı proqramlardan hansılar sistem proqram təminatına aid deyil?
1. Access 2010
3. Quark Xpress
5. MAC OS
7. Drayverlər 2. Utilitlər
4. Lotus 1-2-3
6. LINUX
8. Adobe Reader
A) 1, 3, 4, 8
B) 1, 4, 6, 7
C) 2, 3, 5, 8
D) 2, 5, 6, 7
E) 3, 4, 5, 6
7. Aşağıdakı proqramlardan hansı fayl və qovluqların disklərdə saxlanma strukturu üzrə funksiyaları həyata keçirir?
A) Microsoft Access 2010
B) Microsoft Excel 2010
C) Microsoft Outlook 2010
D) WinRar
E) Windows Explorer
8. Bunlardan hansı əməliyyat sistemi deyil?
A) Windows XP
B) Unix
C) Linux
D) MS DOS
E) OSI
9. Xarici yaddaşda saxlanılan adlandırılmış verilənlər yığımı necə adlanır?
A) fayl
B) sahə
C) yazı
D) qovluq
E) kataloq
10. Hər hansı bir kataloqda paper.txt faylı saxlanılmışdır. Həmin faylı bu kataloqda yaradılmış altkataloqa daşıdıqdan sonra faylın tam adı C:\SEKTOR\USER\TXT\REF\paper.txt oldu. Yerdəyişməyə qədər faylın saxlanıldığı kataloqun tam yolu necə idi?
A) C:\SEKTOR\USER\TXT\REF
B) REF
C) TXT
D) C:\SEKTOR\USER\ REF
E) C:\SEKTOR\USER\TXT