Yoxlama nəticələri

1. UNiCODE vasitəsilə kodlaşdırılmış "Microsoft Office" ifadəsi ASCII ilə dekodlaşdırıldıqdan sonra ondan 8 ədəd simvolu silsək, ifadə yaddaşda neçə bit yer tutar?
A) 64
B) 128
C) 32
D) 0 (sıfır)
E) 192


2. "Corel PhotoPaint" ifadəsi yaddaşda 24 bayt yer tutursa, onun kodlaşdırıldığı sistemdə maksimum neçə simvol ola bilər?
A) 32
B) 1024
C) 256
D) 4096
E) 12


3. 216 KB ölçülü kitab hər biri 27 sətirdən ibarət olan 256 səhifədən təşkil olunmuşdur. Hər sətirdə neçə simvol var?
A) 54
B) 64
C) 81
D) 36
E) 32


4. Kodlaşdırma sistemində cəmi 32 simvolu kodlaşdırmaq mümkündürsə, həmin sistemlə kodlaşdırılmış “ALQORİTM” sözü kompüterin yaddaşında neçə bayt yer tutar?
A) 40
B) 8
C) 5
D) 16
E) 32


5. Cümlənin yazılışında 5 hərfli 6 söz və 2 durğu işarəsi işlənmişdirsə, onun ASCII sxemi ilə kodu neçə bayt olar?
A) 30
B) 32
C) 37
D) 39
E) 28


6. “KOMPÜTER ELMİ” ifadəsi UNICODE sxemilə kodlaşdırılıbsa, kod ASCII vasitəsilə dekodlaşdırıldıqda aşağıdakı ifadələrdən hansına uyğun gələ bilər?
A) “İNFORMASİYA VƏ KODLAŞDIRMA”
B) “İNFORMASİYA SİSTEMLƏRİ”
C) “ALQORİTM VƏ PROQRAMLAŞDIRMA”
D) “İNFORMASİYA VƏ AVTOMATİKA”
E) “İNFORMASİYA TEXNOLOGİYALARI”


7. “İNFORMATİKA ELMİ” ifadəsi 12 bayt informasiya daşıyırsa, onun kodlaşdırıldığı sxemdə maksimum neçə simvol ola bilər?
A) 32
B) 64
C) 144
D) 48
E) 96


8. Qrafik rejimdə monitorun ekranı 512x768 nöqtədən ibarətdir. Hər bir nöqtə 128 sayda rəng çalarlarının birində ola bilərsə, ekranın bir tam təsvirini yadda saxlamaq üçün neçə kilobayt yaddaş lazımdır?
A) 192
B) 384
C) 432
D) 336
E) 288


9. 3 bitlik RGB sistemində qrafiki təsvir 768x512 sayda nöqtədən ibarət olarsa, o, yaddaşda nə qədər yer tutar?
A) 216 kB
B) 384 kB
C) 512 kB
D) 432 kB
E) 480 kB


10. Kompüterin yaddaş qurğusunda 24 kB yer tutan qrafik təsvir 128x256 nöqtədən ibarət olarsa, o neçə rəng çalarına malikdir?
A) 64
B) 256
C) 32
D) 128
E) 16