Yoxlama nəticələri

1. Hansı tip monitorlarda arxa işıqlandırma lampası istifadə olunur?
I. CRT (elektron şüa borusu); II. LCD (maye kristal displey); III. Plazma

A) yalnız II
B) I, II
C) yalnız I
D) II, III
E) yalnız III


2. ... qurğuların, proqramların və insanın qarşılıqlı əlaqəsini təmin edən vasitələr və qaydalar çoxluğudur.
A) kontroller
B) port
C) şin
D) interfeys
E) drayver


3. Aşağıdakılardan hansılar optik diskdir?
I. Floppy disk; II. CD; III. Harddisc; IV. DVD; V. Zip disk

A) I, II
B) III, IV
C) I, V
D) III, V
E) II, IV


4. Aşağıdakılardan hansılar maqnit diskdir?
I. CD; II. Flash; III. DVD; IV. Floppy; V. Harddisk

A) I, III
B) II, IV
C) I, II
D) IV, V
E) III, V


5. ... fərdi kompüterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.
A) HDD
B) SRAM
C) BİOS
D) DRAM
E) CMOS


6. Fərdi kompüterlərdə ötürülən siqnallar:
A) diskretdir
B) kəsilməzdir
C) qismən diskretdir
D) qismən kəsilməzdir
E) həm diskretdir, həm də kəsilməzdir


7. Prosessorun əsas parametrləri hansılardır?
1.Kadrların əks olunma tezliyi
2.Müdafiə dərəcəsi
3.Takt tezliyi
4.Keş yaddaşın tutumu
5.Diaqonal üzrə ölçüsü
6.Mərtəbəliliyi
7.İşçi gərginliyi
8.Piksellərin (nöqtələrin) sayı

A) 1, 2, 5, 8
B) 2, 3, 4, 6
C) 3, 4, 6, 7
D) 3, 4, 5, 6
E) 1, 3, 4, 6


8. Böyük həcmdə informasiyanı saxlayan yaddaş qurğusu hansıdır?
A) digitayzer
B) kontroller
C) plotter
D) strimer
E) skaner


9. Hansı doğrudur?
“Kompyuter ... istifadə oluna bilər”.
1. prosessorsuz
2. daxili yaddaşsız
3. printersiz
4. CD ROM-suz

A) 1, 2
B) 3, 4
C) 1, 3
D) 1, 4
E) yalnız 2


10. Düzgün variantları seçin.
1. Yaddaş daxili və xarici olmaqla iki yerə bölünür.
2. Sistem şini prosessorla yaddaş və periferiya qurğularını əlaqələndirir.
3. Çevik disk 1,44 kbayt yaddaşa malikdir.
4. CMOS əməli yaddaşın daxilində yerləşir.
5. Prosessor hesab və məntiq əməliyyatlarını yerinə yetirir.

A) 1, 2, 3
B) 2, 3, 4
C) 1, 2, 5
D) 2, 4, 5
E) 1, 3, 4