Yoxlama nəticələri

1. Riyazi məsələlərin həllində istifadə olunan xüsusi təyinatlı dil hansıdır?
A) Basic
B) Fortran
C) Lisp
D) Pascal
E) C++


2. Prolog dilinin müəllifi kimdir?
A) Con Makkarti
B) Alan Kolmero
C) Con Bekus
D) Qvido van Rossum
E) Börn Straustrup


3. Aşağıdakı kod fraqmentinin hansı sətrində səhv var?
if a > b :
   a = a – b
else
   b = b – a

A) 1
B) 2
C) 3
D) 4
E) Heç biri


4. Şərt operatorunda hansı məntiqi ifadə qiyməti 5-dən böyük və 9-dan kiçik ədədləri seçməyə imkan verir?
A) x > 5 or x < 9
B) not(x < 5) or x < 9
C) x > 5 and not (x >=9)
D) not (x < 5 and x > 9)
E) not (x > 5 or x < 9)


5. Aşağıdakı proqram fraqmentində dövrün gövdəsi neçə dəfə təkrar olunacaq?
i = 1
while i <= 4:
   print(i*2)
i = i + 1

A) olunmayacaq
B) 1
C) 2
D) 4
E) sonsuz sayda


6. Aşağıdakı proqram fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
s = 0
for i in range (1, 5) :
   s = s + i
print (s, end = “ “)

A) 15
B) 5
C) 4
D) 10
E) 0 (sıfır)


7. Aşağıdakı proqram nəyi hesablayır?
s = 0
while n >= 1:
   a = n % 10
   n = n // 10
   s = s + a    
print(s)

A) iki ikirəqəmli ədədin cəmini
B) istənilən iki ədədin cəmini
C) istənilən ədədin rəqəmlər cəmini
D) ikirəqəmli ədədin rəqəmlər cəmini
E) ədədin 10-a bölünməsindən alınan qalığı


8. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 1234
s = 0
while n >= 1:
   n = n // 10
   a = n % 10
s = s + a    
print(s)

A) 10
B) 6
C) 0 (sıfır)
D) 1
E) 4


9. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 3
y = n%2
if y:
   x = pow(n, 2)
else:
   x = pow(n, 3)
print(x)

A) 9
B) 27
C) 0 (sıfır)
D) 1
E) 6


10. Aşağıdakı proqram nəyi hesablayır?
s = 0
for i in range (a, b+1):
   x = i % 3
   if x == 0:
       s = s + 1
print(s)

A) a-dan (b+1)-ə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin sayını
B) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünən ədədlərin sayını
C) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin cəmini
D) a-dan (b+1)-ə qədər ədədlər içərisində 3-ə bölünən ədədlərin cəmini
E) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin sayını