Yoxlama nəticələri

1. Aşağıdakı kod fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
if 5 and 2 :
   print(“yes”)
else:
   print(“no”)

A) 5
B) no
C) 2
D) yes
E) SintaxError:


2. Aşağıdakı kod fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
if not 0 and 2 : print(“yes”)
else : print(“no”)

A) 0 (sıfır)
B) no
C) 2
D) yes
E) SyntaxError:


3. Aşağıdakı proqram fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
i = 1
while i <= 4:
   print(i*2, end = “ “)
   i = i + 1

A) 4
B) 1 2 3 4
C) 2 4
D) 2 4 6 8
E) 8


4. Aşağıdakı proqram fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
s = 0
for i in range (1, 5) :
   s = s + i
print (s, end = “ “)

A) 15
B) 5
C) 4
D) 10
E) 0 (sıfır)


5. Aşağıdakı proqram nəyi hesablayır?
if n > 9 and n < 100:
   a = n % 10
   b = n // 10
s = a + b    
print(s)

A) iki ikirəqəmli ədədin cəmini
B) istənilən iki ədədin cəmini
C) istənilən ədədin rəqəmlər cəmini
D) ikirəqəmli ədədin rəqəmlər cəmini
E) ədədin 10-a bölünməsindən alınan qalığı


6. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 267
s = 0
while n >= 1:
   a = n % 10
   n = n // 10
s = s + a    
print(s)

A) 15
B) 2
C) 7
D) 0 (sıfır)
E) 1


7. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 2468
s = 0
while n >= 10:
   a = n % 10
   n = n // 10
   s = s + a    
print(s)

A) 20
B) 18
C) 0 (sıfır)
D) 2
E) 8


8. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 3
y = n%2
if y:
   x = pow(n, 2)
else:
   x = pow(n, 3)
print(x)

A) 9
B) 27
C) 0 (sıfır)
D) 1
E) 6


9. Aşağıdakı proqram hansı funksiyanı yerinə yetirir?
y = n//2
s = 0
for i in range (2, y+1):
   x = n % i
   if x==0:
        s = s + i
print(s)

A) n ədədinin sadə vuruqlarının sayını hesablayır
B) n ədədinin müsbət tam bölənlərinin cəmini hesablayır
C) n ədədinin mərtəbə sayını hesablayır
D) n ədədinin müsbət tam bölənlərinin sayını hesablayır
E) n ədədinin müsbət tam bölənlərini hesablayır


10. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə nə olacaq?
s = 0
for i in range (2, 10):
   x = i % 3
   if x == 0:
       s = s + i
print(s)

A) 2 5 8
B) 6
C) 18
D) 3
E) 3 6 9