1. Aşağıdakı dillərdən hansılar xüsusi təyinatlı dillərdir?
1. Fortran
2. Pascal
3. Basic
4. Cobol
5. Python
A) 1, 3
B) 2, 5
C) 1, 4
D) 2, 3
E) 4, 5
2. Bank işində istifadə olunan xüsusi təyinatlı dil hansıdır?
A) Fortran
B) Prolog
C) Python
D) Cobol
E) Java
3. Lisp dilinin müəllifi kimdir?
A) Con Bekus
B) Con Makkarti
C) Niklaus Virt
D) Qvido van Rossum
E) Ceyms Hoslinq
4. C++ dilinin müəllifi kimdir?
A) Con Makkarti
B) Alan Kolmero
C) Niklaus Virt
D) Qvido van Rossum
E) Börn Straustrup
5. Aşağıdakı kod fraqmentinin hansı sətrində səhv var?
if a > b :
a = a – b
else
b = b – a
A) 1
B) 2
C) 3
D) 4
E) Heç biri
6. Aşağıdakı kod fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
if 5 and 2 :
print(“yes”)
else:
print(“no”)
A) 5
B) no
C) 2
D) yes
E) SintaxError:
7. Aşağıdakı kod fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
if not 0 and 2 : print(“yes”)
else : print(“no”)
A) 0 (sıfır)
B) no
C) 2
D) yes
E) SyntaxError:
8. Aşağıdakı proqram fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
i = 1
while i <= 4:
print(i*2, end = “ “)
i = i + 1
A) 4
B) 1 2 3 4
C) 2 4
D) 2 4 6 8
E) 8
9. Aşağıdakı proqram fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
s = 0
for i in range (1, 5) :
s = s + i
print (s, end = “ “)
A) 15
B) 5
C) 4
D) 10
E) 0 (sıfır)
10. Aşağıdakı proqram nəyi hesablayır?
if n > 9 and n < 100:
a = n % 10
b = n // 10
s = a + b
print(s)
A) iki ikirəqəmli ədədin cəmini
B) istənilən iki ədədin cəmini
C) istənilən ədədin rəqəmlər cəmini
D) ikirəqəmli ədədin rəqəmlər cəmini
E) ədədin 10-a bölünməsindən alınan qalığı