Yoxlama nəticələri

1. Aşağıdakılardan hansı vektor əsaslı qrafiki redaktordur?
A) Painter
B) Adobe Photoshop
C) MS Paint
D) Xara Extreme
E) GİMP


2. Aşağıdakılardan hansı rastr qrafikasında fayl genişlənməsidir?
A) PNG
B) EPS
C) PDF
D) SVG
E) WMF


3. 20,32x15,24 (sm2) ölçülü şəkil 300 dpi çözünürlükdə çap olunmuşdursa, o neçə pikseldən təşkil olunub?
A) 1, 3 MPx
B) 5 MPx
C) 4,12 MPx
D) 12,1 MPx
E) 7,23 MPx


4. 640x480 piksel ölçülü bir təsvir 8 bit-lik RGB sistemində maksimum neçə kB informasiya daşıyır?
A) 300
B) 2400
C) 37,5
D) 7200
E) 900


5. Aşağıdakılardan hansı Paint qrafik redaktorunun alətlər lentinə aid deyil?
A) Hiperbola
B) Ellips
C) Karandaş
D) Düz xətt
E) Düzbucaqlı


6. Qrafik redaktorun əsas funksiyası:
A) Təsvirləri yaratmaq və redaktə etmək
B) Mətnlərin və sənədlərin hazırlanması
C) Cədvəllərlə işləmək və verilənlər üzərində əməliyyat aparmaq
D) Sxemlərin daxil edilməsi və çapa verilməsi
E) Hesablmaların aparılması və çapa verilməsi


7. Keyfiyyəti itirmədən hansı təsvirlərin miqyasını dəyişmək olur?
A) rastr
B) istənilən ağ-qara
C) vektor
D) istənilən monoxrom
E) istənilən rəngli


8. Qrafiki redaktorlara aid deyil:
A) AutoCAD, ArchiCAD, OrCAD
B) Corel Draw, PhotoPaint, 3DS MAX
C) Adobe Photoshop, Corel Draw, Adobe Illustrator
D) Picture Publisher, Paint, Macromedia Freehand
E) Ada, Outlook, WordPad, Access, BASIC


9. Paint qrafik redaktoru vasitəsilə həyata keçirmək olar:
1. Qrafik təsvirlər yaratmaq və onları redaktə etmək
2. Qrafik obyektin rəngini redaktə etmək
3. Qrafik obyektlərə animasiya effekti vermək
4. Çəkilmiş təsvirlərin yerini dəyişdirmək
5. Çəkilmiş təsvirləri çap etmək
6. Qrafik faylı mətn tipində yadda saxlamaq

A) 1, 2, 3, 5
B) 1, 4, 5, 6
C) 2, 3, 4, 5
D) 1, 2, 4, 5
E) 1, 3, 4, 6


10. Doğru mülahizələri seçin.
1. Təsvirin detallarına baxmaq üçün onların böyüdülməsinin mümkünsüzlüyü vektor təsvirlərinin çatışmazlığıdır.
2. İnternet şəbəkəsində əsasən rastr təsvirləri tətbiq olunur.
3. Rastr qrafikada xətt nə qədər uzun olarsa, yaddaşda o qədər çox yer tutur.
4. İnternet şəbəkəsində yalnız vektor təsvirləri tətbiq olunur.
5. ArchiCAD – elektron qurğuların avtomatlaşdırılmış layihələndirilməsini həyata keçirən yeganə proqram paketidir.

A) 1, 2
B) 1, 4
C) 2, 3
D) 3, 5
E) 4, 5