Yoxlama nəticələri

1. Verilən sözlər cütünə analoji əlaqəli natamam cütü tamamlayın.

karbon qazı – fotosintez;
oksigen - ?

A) tənəffüs
B) ozon
C) hava
D) su
E) bitki


2. Restoranda hər gün 3 yemək təklif olunur. Yeməklər bunlar ola bilər: kabab, plov, dolma, balıq, salat və toyuq. Hər gün yeməklər aşağıdakı şərtlər əsasında hazırlanır:
- balıq hansı gün menyuda olsa, plov da olmalıdır;
- dolma menyuya hansı gün salınıbsa, səhəri gün (yəni ardıcıl olaraq) menyuya salına bilməz;
- toyuq menyuya ancaq salat menyuya salınan gündən sonrakı gün salına bilər;
- bir gündə təklif olunan 3 yeməkdən yalnız biri səhəri gün menyuya salına bilər.
Əgər kabab, dolma və plov birinci gün, kabab, salat, dolma üçüncü gün menyuya salınıbsa, ikinci gün hansı yeməklər menyuya salınıb?

A) plov, balıq və toyuq
B) kabab, balıq və salat
C) balıq salat və toyuq
D) kabab, dolma və salat
E) plov, balıq və salat


3. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun olan variantı seçin.
93, 164, 255, 366, 497, ?, 819

A) 650
B) 648
C) 715
D) 720
E) 562


4. “?” əvəzinə hansı ədəd yazılmalıdır?


Sizin cavabınız: 6
Doğru cavab: 6


5. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun olan variantı seçin.


A) 69
B) 81
C) 66
D) 86
E) 78


6. Verilən kubun ixtiyari çevrilməsi nəticəsində alınan kubu tapın (kubun altı üzü də fərqlidir).




A) 1
B) 2
C) 3
D) 4
E) 5


7. Aşağıdakı şərtləri ödəyən iki tam ədədin cəmini tapın:
1. ədədlərin hər ikisi 1-dən böyük, 60-dan kiçikdir;
2. ədədlərin hər ikisi 3-ə qalıqsız bölünür;
3. ədədlərin hər ikisi tək ədəddir;
4. hər iki ədədin rəqəmlərinin cəmi 4-dən böyük, 8-dən kiçikdir;
5. hər iki ədədin rəqəmlərinin hasili 8-dən kiçik, 4-dən böyükdür;

Sizin cavabınız: 65
Doğru cavab: 66


8. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun olan variantı seçin.


A) 20
B) 45
C) 25
D) 30
E) 15


9. Şirkətin üç işçisinin (Nicat, Rahim, Tural) üç ayrı şəhərə (Lənkəran, Gəncə, Şəki) ezam olunacağı planlaşdırılırdı. İşçilər hara göndəriləcəklərini soruşduqda katibə belə demişdi:
- Nicat Gəncəyə getməyəcək
- Tural Lənkərana getməyəcək
- Lənkərana Rahim gedəcək
Lakin kimin hara ezam olunduğu açıqlandıqda məlum oldu ki, katibənin dediklərindən yalnız biri doğru olub. Tural, Rahim v’ Nicat müvafiq olaraq hara ezam olunmuşdu?

A) Lənkərana, Gəncəyə, Şəkiyə
B) Gəncəyə, Lənkərana, Şəkiyə
C) Şəkiyə, Gəncəyə, Lənkərana
D) Şəkiyə, Lənkərana, Gəncəyə
E) Lənkərana, Şəkiyə, Gəncəyə


10. Tural, Bilal və Vüsal kinoya getdilər. Yolda Tural 5 paket fındıq ləpəsi aldı. Bilal da həmin ləpədən 2 paket aldı. Vüsal heç nə almadı. Seans vaxtı onlar hər biri bərabər miqdarda olmaqla bütün ləpələri yedilər. Kinodan sonra Vüsal yediyi ləpələrin miqdarını hesablayıb, Turala 1 manat 40 qəpik pul verdi. Bilal Turala neçə qəpik pul verməlidir?
Sizin cavabınız:
Doğru cavab: 20


11. A F-dən böyük, D-dən kiçikdir
K F-dən və D-dən böyükdür
T F-dən böyük, K-dan kiçikdir
Verilənlərə aşağıdakılardan hansını əlavə etsək, “R A-dan böyükdür” hökmü məntiqi nəticə olaraq alınar?

A) T R-dən böyükdür
B) R T-dən böyük, K-dan kiçikdir
C) T R-dən kiçik, D-dən böyükdür
D) R D-dən kiçik, F-dən böyükdür
E) T R-yə bərabərdir


12. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun olan variantı seçin.

2, 5, 17, 71, ?, 2159

A) 552
B) 435
C) 269
D) 489
E) 359


13. “?” əvəzinə hansı ədəd yazılmalıdır?


Sizin cavabınız: 24
Doğru cavab: 24


14. Cavab variantındakı hissələrin dördünün birləşməsindən verilmiş dairə alınır. Hansı hissə artıqdır?


A) 1
B) 2
C) 3
D) 4
E) 5


15. Qrafikdə 2003-2008-ci illərdə A və B məktəblərinin məzunlarının sayı verilmişdir.
Neçənci ildə A məktəbindən məzun olan şagirdlərin sayı B-dən 25% az olmuşdur?



A) 2004
B) 2007
C) 2008
D) 2003
E) 2006


16. Bayram tədbirində iştirak edən tələbələr üç komandaya (K, L, M) ayrıldılar. 150 konfet tələbələrə elə paylandı ki, K, L və M komandalarının hər bir üzvünə, uyğun olaraq, 2, 3, 6 konfet düşdü.
Aşağıdakılardan hansılar mütləq səhvdir?
1. K komandasında 20 tələbə var.
2. L komandasında 32 tələbə var.
3. M komandasında 20 tələbə var.
4. K komandasında 27 tələbə var.
5. L komandasında 19 tələbə var.

Sizin cavabınız:
Doğru cavab: 15


17. “?” əvəzinə uyğun olan variantı tapın.


A) 1
B) 2
C) 3
D) 4
E) 5


18. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun olan variantı seçin.


A) 9
B) 0
C) -9
D) -6
E) 4


19. Fərid, Araz, Elvin, Şahin və Kənan adlı işçilər texniki, qablaşdırma, quraşdırma, daşıma və nəzarət bölmələrində işləyirlər.
Məlumdur ki:
- Fərid ya texniki, ya da quraşdırma bölməsində;
- Araz ya qablaşdırma, ya da quraşdırma bölməsində;
- Elvin ya texniki, ya daşıma, ya da nəzarət bölməsində;
- Şahin ya daşıma, ya da nəzarət bölməsində;
- Kənan isə ya daşıma, ya da quraşdırma bölməsində işləyir.
Aşağıdakılardan hansı mütləq doğrudur?

A) Elvin texniki bölmədə işləyir.
B) Şahin nəzarət bölməsində işləyir.
C) Araz qablaşdırma bölməsində işləyir.
D) Fərid quraşdırma bölməsində işləyir.
E) Kənan daşıma bölməsində işləyir.


20. Birinci cütü təşkil edən sözlər arasındakı məntiqi əlaqəyə analoji olaraq natamam cütü tamamlayın.
feil – təsrif etmək
isim – ?

A) işlətmək
B) düzəltmək
C) yazmaq
D) hallanmaq
E) dəyişmək


21. Verilən sözlər arasında məntiqi əlaqəyə əsasən analoji variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınmalıdır).
sevinc – gülmək

A) matəm – şadlanmaq
B) qorxu – qorxutmaq
C) kədər – ağlamaq
D) dürüstlük – aldatmaq
E) müalicə – ağrımaq


22. Tərəzidəki fiqurların çəkiləri müəyyən ədədlərə uyğundur. Tərəzi elementlərinin və asqı vasitələrinin çəkisi nəzərə alınmır. Sual işarəsinin yerinə hansı ədəd yazılmalıdır?


A) 5
B) 21
C) 9
D) 18
E) 17


23. “?ˮ əvəzinə uyğun olan variant tapın.


A) 1
B) 2
C) 3
D) 4
E) 5


24. İdman yarışında A, B, C, D və E ölkələindən 9 idmançı iştirak etmişdir.
- Yarışı ən çox idmançı ilə qatılan ölkə A-dır.
- Yalnız C və E yarışı bir idmançı ilə qatılmışdır.
- Eyni ölkənin idmançıları ardıcıl yerləri tutmamışlar.
- Birinci, beşinci və səkkizinci yerləri eyni ölkənin idmançıları tutmuşdur.
- B ölkəsinin hər bir idmançısından dərhal sonra A ölkəsindən olan idmançı yer tutmuşdur.
E ölkəsinin idmançısı yarışı doqquzuncu yerdə bitirərsə, altıncı yerdə A, C və D ölkələrindən hansının idmançısı ola bilər?

A) yalnız D
B) A və ya C
C) yalnız C
D) D və ya C
E) yalnız A


25. Aşağıdakılardan hansı verilmiş kubun açılışı ola bilməz?


A)

B)

C)

D)

E)