Yoxlama nəticələri

1. Aşağıdakı şəkildə hər üçbucağın içindəki ədəd ona qonşu olan iki dördbucaqlının içində yazılmalı olan natural ədədlərin hasilinə bərabərdir. x-in ala biləcəyi qiymətlərin cəmini tapın.


A) 130
B) 84
C) 117
D) 150
E) 3


2. Dördrəqəmli ədəd 7 rəqəmi ilə başlanır. Bu rəqəmi ədədin əvvəlindən silib, sonuncu rəqəmin ardınca yazdıqda alınan ədəd ilkin ədəddən 4158 vahid kiçik olur. İlkin ədədi tapın.
Sizin cavabınız:
Doğru cavab: 7315


3. “?” əvəzinə hansı ədəd yazılmalıdır?
(K, L, M bir-birindən fərqli rəqəmlərdir.)



A) 12
B) 18
C) 17
D) 11
E) 14


4. 1-dən 6-ya qədər ədədləri bir sıraya elə düzmək lazımdır ki, aşağıdakı şərtlər ödənsin:
- 1, 3 və onların arasındakı ədəd(lər)in cəmi 10-a bərabər olsun;
- 2, 4 və onların arasındakı ədəd(lər)in cəmi 11-ə bərabər olsun;
- 3, 5 və onlar arasındakı ədəd(lər)in cəmi 12-yə bərabər olsun.
6 ədədi neçənci yerdə ola bilər?

A) II və ya V
B) III və ya IV
C) V və ya VI
D) II və ya IV
E) I və ya VI


5. Uyğunluğu müəyyən edin.


A) 1 – a, c; 2 – b; 3 – d, e
B) 1 – a, c; 2 – b, d; 3 – e
C) 1 – a, b; 2 – e; 3 – c, d
D) 1 – c; 2 – b, d; 3 – a, c
E) 1 – e, e; 2 – a; 3 – d


6. Hərflərinin sırası pozulmuş beş sözdən dördü arasında məntiqi əlaqə vardır. Fərqli sözü göstərin.
A) i y l e d d i k
B) k l ö d d ü r
C) z u d l o q q u q
D) k l i i i k
E) k r i d r i


7. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun olan variantı seçin.


A) ERT
B) NBV
C) RET
D) TER
E) BVN


8. 17 nəfər istisna olmaqla hamı imtahanda 400-dən çox bal toplayıb. Nəticəsi 400 bal olanların sayı 6-dırsa, aşağıdakılardan hansı(lar) dəqiq məlumdur?
1. İmtahan verənlərin ümumi sayı;
2. 400 baldan aşağı nəticə göstərənlərin sayının 400 baldan yuxarı nəticə göstərənlərin sayından çox olması;
3. 400-dən az bal toplayanların sayı;
4. İmtahan suallarının asan olması;
5. İmtahanda yüksək nəticə göstərənlərin sayı.

A) 3, 5
B) yalnız 3
C) 2, 4
D) 1, 4
E) yalnız 5


9. Qrafikdə 2003-2008-ci illərdə A və B məktəblərinin məzunlarının sayı verilmişdir.
Neçənci ildə A məktəbindən məzun olan şagirdlərin sayı B-dən 25% az olmuşdur?



A) 2004
B) 2007
C) 2008
D) 2003
E) 2006


10. A, B, V natural ədədlərdir.
A ədədi B-dən 4 dəfə böyükdür.
B isə V-dən 3 dəfə kiçikdir.
A və V-ni müqayisə edin.

A) V < A
B) V = A
C) V >= A
D) A = 2V
E) V > A


11. Sinfin yeddi məzunu (A, B, C, D, E, F, G) tibb universitetinin “Müalicə işi”, “Pediatriya”, və “Stomatologiya” fakültələrinə qəbul oldular.
- A və E eyni fakültəyə qəbul oldular.
- “Pediatriya” fakültəsinə məzunlardan yalnız biri qəbul oldu.
- B, D və F müxtəlif fakültələrə qəbul oldular.
- G-nin qəbul olduğu fakültəyə bu sinifdən cəmi iki nəfər qəbul oldu.
Əgər bu məzunlardan çoxunun “Müalicə işi” fakültəsinə qəbul olduğu məlum olarsa, yeddi məzundan neçəsinin hansı fakültəyə daxil olduğunu tapmaq mümkün olmaz?

A) beşinin
B) ikisinin
C) heç birinin
D) üçünün
E) dördünün


12. Aşağıdakı cədvəl gül mağazasında müxtəlif güllərin sayı barədə məlumatı əks etdirir. Cədvəldəki göstəricilərə görə N – Z fərqini tapın.


Sizin cavabınız: 133
Doğru cavab: 133


13. Verilmiş cədvəlin xanalarına 1, 2, 3, 4, 5 və 6 rəqəmləri elə yazılmalıdır ki, hər sətir və sütunda, həmçinin tünd xətlərlə hüdudlanmış altı xanalı hər blokda bu rəqəmlərin hamısı olsun. Bu şərtə uyğun olaraq “?” işarəsinin yerində hansı rəqəmin yazılacağını tapın.


A) 2
B) 3
C) 1
D) 5
E) 4


14. Verilən sözlər arasındakı məntiqi əlaqəyə əsasən analoji variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınır).
böhran - iqtisadi

A) adaptasiya – mühit
B) əməliyyat – cərrahi
C) xalq – ictimai
D) ekologiya – təbii
E) nümayiş – film


15. 4 dost (Faiq, Yunis, Səfər, Tofiq) və onların bütün uşaqları (birinin 1 qızı, digərinin 2 qızı, üçüncünün 3 oğlu və dördüncünün 1 oğlu və 1 qızı var) birlikdə istirahətə getdilər. Oğlanların adları Vüqar, Məmməd, Zaur, Rəsul, qızların adları Aytən, Günay, Könül, Nərmindir.
Vüqar qardaşı Zaura dedi:
- Gəl Yunis əminin oğlu ilə balıq tutmağa gedək.
Aytən dedi:
- Bacımla mən də balıq tutmağı sevirik. Keçən il Faiq əminin qızı ilə tez-tez balıq tutmağa gedirdik.
Məmməd bacısına dedi:
- Nərmin, sən də gəl, Günayı da çağır.
Səfər qızına dedi:
- Könül, Rəsulu da özünüzlə aparın.
Yunisin uşağı (uşaqları) kim(lər)dir?

A) Aytən, Zaur
B) Məmməd, Nərmin
C) Günay
D) Vüqar, Zaur, Rəsul
E) Aytən, Nərmin


16. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun variantı seçin.


A) 12
B) 17
C) 11
D) 15
E) 9


17. “?” əvəzinə hansı ədəd yazılmalıdır?


A) 21
B) 22
C) 17
D) 28
E) 24


18. Qutuda nöqtəli toplar, zolaqlı toplar, həmçinin nöqtəli və zolaqlı toplar var. Üzərində zolaq olan topların zolaqsız toplara nisbəti 3:1-dir. Üzərində nöqtə olan topların nöqtəsiz toplara nisbəti isə 2:3-dür. Topların altısında həm nöqtələr, həm də zolaqlar var. Qutuda üzərində zolaq olan neçə top var?
A) 30
B) 36
C) 21
D) 18
E) 27


19. Təsvir olunmuş ABCD düzbucaqlısında E və F nöqtələri uyğun olaraq AD və AB tərəflərinin orta nöqtəsidir.
AB=2BC=8 olarsa, rənglənmiş hissənin sahəsini tapın.



A) 16
B) 8
C) 24
D) 20
E) 12


20. Verilən açılışa uyğun olan variantı seçin.


A) 1
B) 2
C) 3
D) 4
E) 5


21. Sxemdə şəhər mərkəzindən qəsəbələrə getmmək üçün yollar göstərilmişdir. Mərkəzdən yalnız A qəsəbəsinə birbaşa yol var. Mərkəzlə A qəsəbəsi arasındakı məsafə və qonşu qəsəbələr arasında (sxemdə göstərilən) məsafələrin hər biri 10 kilometrdir (qəsəbələrarası məsafələr qəsəbə mərkəzlərindən hesablanır).

10 nəfər şəhər mərkəzindən yola çıxaraq hər biri fərqli qəsəbəyə gedib. Məlumdur ki:
1-ci şəxs 60 km, 5-ci şəxs 80 km yol getmişdir;
3-cü şəxs 4-cü şəxsin getdiyi yoldan dörd dəfə çox yol qət etmişdir;
7-ci şəxs ən çox yol getmişdir.
(qeyd: hərəkət yalnız sxemdə oxlarla göstərilən istiqamətdə baş verib.)
9-cu şəxs 10-cu şəxsin getdiyi yoldan 10 km çox yol gedibsə, aşağıdakılardan hansı doğrudur?



A) 3-cü şəxs E qəsəbəsinə gedib.
B) 2-ci şəxs B qəsəbəsinə gedib.
C) 8-ci şəxs 9-cu şəxsdən çox yol gedib.
D) 10-cu şəxs C qəsəbəsinə gedib.
E) 9-cu şəxs B qəsəbəsinə gedib.


22. Musa və Elnarə oyun oynayırlar. Musa fikrində üçrəqəmli bir ədəd tutur, Elnarə isə müxtəlif ədədlər yazaraq onu tapmağa çalışır. Musa Elnarənin yazdığı hər ədəd üçün “+” və “-“ işarələri ilə ədədə nə qədər yaxınlaşmasını bildirən ipucları verir. “+” işarəsi yazılan ədəddəki hər hansı bir rəqəmin axtarılan ədəddə eyni mərtəbədə olduğunu, “-“ işarəsi isə yazılan ədəddəki hər hansı bir rəqəmin axtarılan ədəddə fərqli mərtəbədə olduğunu bildirir (İşarələrin sayı tapılan rəqəmlərin sayına müvafiqdir).


Sizin cavabınız:
Doğru cavab: 827


23. Aşağıdakı cədvəldə ağ xanalarda 1-dən 10-a qədər (1 və 10 daxil olmaqla) tam ədədlər yazılmalıdır. Hər sətirdə və hər sütunda yalnız iki ədəd yazıla bilər. Cədvəlin kənarında yazılan ədədlər müvafiq sətir və ya sütundakı ədədlərin hasilini bildirir. “?” işarəsi əvəzinə hansı ədəd yazılmalıdır?


A) 2
B) 8
C) 4
D) 3
E) 6


24. Verilən sözlər arasında məntiqi əlaqəyə əsasən analoji variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınmalıdır).
parazit – askarid

A) gənə – xəstəlik
B) qarışqa – ziyanverici
C) iflic – xəstəlik
D) sərçə – quş
E) geyim – palto


25. Hərflər bir-birindən fərqli rəqəmlərdir.


A) 73
B) 70
C) 76
D) 68
E) 64