Yoxlama nəticələri

1. İnterpretatorlar hansı proqramlara aiddir?
A) texniki xidmət
B) utilit
C) translyator
D) tətbiqi proqram təminatı
E) test proqramları


2. Hansı mülahizə doğrudur?
1.Assembler - Assembli dilində yazılmış proqramı maşın koduna çevirir
2.İnterpretator- proqramı maşın koduna çevirir və kompüterin yaddaş qurğusunda tətbiqetmə fayl kimi saxlayır.
3.Kompilyator - proqramın icrası zamanı onun hər bir sətrini oxuyub maşın dilinə çevirir.
4.İnterpretator - proqramın icrası zamanı onun hər bir sətrini oxuyub maşın dilinə çevirir.

A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 1, 4


3. Şəbəkə proqram təminatının təyinatı nədir?
A) İnterfeysin imkanlarını genişləndirir
B) Şəbəkənin resurslarını idarə edir
C) Tətbiqi proqram paketi yaradır
D) Sistem proqram vasitəsi yaradır
E) Yeni proqram vasitələri yaradır


4. Periferiya qurğuları ilə əməliyyat sistemləri arasında qarşılıqlı əlaqəni təmin edən proqram necə adlanır?
A) Translyator
B) Drayver
C) Kompilyator
D) Arxivator
E) Kontroller


5. Kompüterə proqramları quraşdıran proqram necə adlanır?
A) main.exe
B) main.com
C) setup.exe
D) index.htm
E) microsoft.com


6. Aşağıda göstərilən proqramlardan hansı MS Office paketinə daxil deyil?
A) Word
B) Excel
C) Paint
D) Access
E) PowerPoint


7. Proqramlardan hansı MS Office-ə daxil deyil?
1. Winamp
3. Word
5. Access
7. Photoshop
2. Excel
4. Power Point
6. WordPad
8. Acrobat Reader

A) 1, 3, 5, 7
B) 2, 3, 4, 5
C) 1, 6, 7, 8
D) 2, 3, 5, 6
E) 5, 6, 7, 8


8. Aşağıdakı proqramlardan hansılar sistem proqram təminatına aid deyil?
1. Access 2010
3. Quark Xpress
5. MAC OS
7. Drayverlər
2. Utilitlər
4. Lotus 1-2-3
6. LINUX
8. Adobe Reader

A) 1, 3, 4, 8
B) 1, 4, 6, 7
C) 2, 3, 5, 8
D) 2, 5, 6, 7
E) 3, 4, 5, 6


9. Sistem proqram təminatına daxildir:
1. əməliyyat sistemləri
2. utilitlər
3. redaktorlar
4. verilənlər bazaları

A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 2, 4


10. Xarici yaddaşda saxlanılan adlandırılmış verilənlər yığımı necə adlanır?
A) fayl
B) sahə
C) yazı
D) qovluq
E) kataloq