Yoxlama nəticələri

1. MS Windows 7-də mümkün fayl adlarını seçin:
1.My?foto.jpg
2.My!foto.jpg
3.My_foto.jpg
4.My*Foto.jpg
5.My/foto.jpg
6..jpg

A) 1, 4, 5
B) 2, 3
C) 3, 5, 6
D) 2, 5
E) 3, 6


2. Göstərilən Desktop (İş masası) elementi kontekst menyunun hansı əmti ilə ekrana çıxarılır (Windows 7)?


A) Gadgets (Mini-proqramlar)
B) Screen Resolution (Ekranın əksetmə qabiliyyəti)
C) Personalize (Fərdiləşdir)
D) View (Görünüş)
E) Refresh (Təzələ)


3. Düzgün olamayan qovluq adını göstərin. (Windows)
A) SIGMA.TXT
B) SİGMA
C) SİGMA
D) SIGMA_1
E) SIGMA+ITOG


4. Word 2010 proqramının əsas funksiyası nədir?
A) İnstrumental proqramların işlənilməsi
B) Verilənlər bazasının yaradılması
C) Kompleks (mürəkkəb) mətn sənədlərinin yaradılması
D) Elektron cədvəlin emalı
E) Qrafik informasiyanın redaktə olunması


5. MS Word-də hansı obyekt vasitəsilə riyazi düsturları daxil etmək olar?
A) MS Equation
B) MS Word Art
C) MS Organization Chart
D) MS Clip Gallery
E) MS Paint


6. MS Word proqramında mübadilə buferindəki (Clipboard/Буфер обмена) mətni neçə dəfə istifadə edtmək olar?
A) ancaq bir dəfə
B) cəmi 10 dəfə
C) cəmi 2 dəfə
D) buferdən silinən vaxtadək istənilən sayda
E) əvvəlcədən müəyyən edilmiş sayda


7. MS Word mətn prosessoru üçün aşağıdakı mülahizələrdən hansı doğrudur?
A) Fayllara parol qoymaq üçün nəzərdə tutulan əmr həm də Save as (Сохранить как) pəncərəsindədir
B) Qeyd olunmuş sözün heca forması Home (Главная) lentindən əldə edilir
C) Page setup (Параметры страницы) əmri View (Вид) lentindədir
D) Kolontitulu Page setup (Параметры страницы) pəncərəsindən istifadə etməklə əlavə etmək olar
E) Close (Закрыть) əmri Word proqramını bağlamaq üçündür


8. Word 2010 mətn prosessorunun aşağıdakı hansı görünüş rejimində üfüqi xətkeş görünmür?
1. Print Layout (Разметка Страницы/Çap tərtibatı)
2. Outline (Структура/Struktur)
3. Web Layout (Веб-документ/Veb Düzəni)
4. Full Screen Reading (Режим чтения/Tam ekran oxuması)
5. Draft (Черновик/Qaralama)

A) 1, 2, 5
B) 3, 4
C) 1, 3, 5
D) 2, 4
E) 2, 3


9. Mətn redaktorunda yazılmış mətnin aşağıdakı fraqmentinə əsasən kursorun (|) dayandığı nöqtəyə görə “Backspace” düyməsi 3 dəfə və “Delete” düyməsi 4 dəfə basıldıqdan sonra informasiyanın son məzmunu necə olar (Word 2010)?
“Learn |informatics”

A) Lermatics
B) Leormatics
C) Lormatics
D) Lformatics
E) Learmatics


10. Kursordan sağda yerləşən bir simvolu pozmaq üçün klaviaturanın hansı düyməsini basmaq lazımdır (Word 2010)?
A) Esc
B) Delete
C) Alt+Delete
D) Ctrl+Delete
E) BackSpace


11. Aşağıdakı təsvir MS Word-ün hansı lentinin hissəsidir?


A) Home (Главная)
B) Insert (Вставка)
C) Page Layout (Разметка страницы)
D) View (Вид)
E) Review (Рецензирование)


12. Şəkildəki fraqmentə görə ən çoxu neçə vərəq çap olunar (Word 2010)?


A) 20
B) 4
C) 50
D) 1
E) 3


13. “İstifadəçidən icazəsiz informasiyaları toplayır və onları “cinayətkara göndərir”. Söhbət hansı ziyanlı proqramdan gedir?
A) Worm
B) Trojan
C) Hoax
D) Stealth
E) Polymorph


14. Virus aşkarlanmış faylı ilkin vəziyyətə qaytarmağa çalışan antivirus hansıdır?
A) Detektorlar
B) Faqlar
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər


15. Aşağıdakı mülahizələrdən hansı doğrudur?
A) Kompüter cinayət aləti ola bilər
B) Kompüter cinayətin hədəfi ola bilər
C) Kompüter cinayətli məqsədlərə çatmaq üçün yardımçı vasitə ola bilər
D) Mülahizələrin hamısı
E) Mülahizələrin heç biri


16. Doğru mülahizəni seçin.
1. Sezar şifri asimmetrik şifrləməyə aiddir
2. Sezar açıq açarlı şifrləməyə aiddir
3. Sezar şifri gizli açarlı şifrləməyə aiddir

A) yalnız 1
B) 1 və 2
C) yalnız 2
D) 2 və 3
E) yalnız 3


17. İnternet, yaxud başqa kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlər necə adlanır?
A) Piratçılıq
B) Kibercinayətkarlıq
C) Kriptoqrafiya
D) Virus hücumu
E) Hakerlik


18. Aşağıdakı əlifbadan istifadə edilməklə gizli açarı 5 olan Sezar şifri ilə “HACKER” sözü şifrlənmişdir. Şifrlənmiş mətn variantlardan hansında doğru verilib?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z

A) KEFÖHV
B) QƏGÖXV
C) KEGÖHÜ
D) QƏFOXÜ
E) KEFOHÜ


19. “Bu yenilik bəşəriyyətin informasiya cəmiyyətinə keçidirnə təkan verdi”. Söhbət hansı yenilikdən gedir?
A) Yazının meydana gəlməsi
B) Kitab çapının ixtirası
C) Elektrikin kəşfi
D) Mikroprosessorun ixtirası
E) Tranzistorların ixtirası


20. Kitab çapının ixtirası hansı dövrə təsadüf edir?
A) e.ə. VI əsrin sonları
B) XII əsrin sonları
C) XVI əsrin ortaları
D) XIV əsrin ortaları
E) XIX əsrin əvəlləri


21. “İnformasiya cəmiyyəti” anlayışını ilk dəfə hansı ölkə alimləri təklif etmişdir?
A) Fransa
B) İngiltərə
C) SSRİ
D) ABŞ
E) Yaponiya


22. İnsanın informasiya mədəniyyətinin əsas göstəricilərinə aid olmayan hansıdır?
A) Kompüter əsaslı müxtəlif texniki qurğulardan istifadə etmək vərdişləri
B) Müasir avtomobilləri idarə edə bilmək bacarığı
C) İnformasiya texnologiyalarını mənimsəmək bacarığı
D) İnformasiya emalının müxtəlif üsullarını bilmək
E) Müxtəlif növ informasiya ilə işləmək bacarığı


23. Aşağıdakılardan hansı informasiya sisteminin komponenti deyil?
A) Aparat təminatı
B) İstifadəçilər
C) Verilənlər
D) Proqram təminatı
E) Texnologiyalar


24. Sənayedə uzunmüddətli proqnozların hazırlanmasında hansı informasiya sistemlərindən istifadə olunur?
A) İnformasiya və ölçü sistemləri
B) İnformasiya əldəetmə sistemləri
C) Ekspert sistemləri
D) Avtomatlaşdırılmış idarəetmə sistemləri
E) Sənədlərin idarəedilməsi sistemləri


25. Aşağıdakılardan hansı "bulanıq" məntiq nəzəriyyəsini təklif edən alimdir?
A) Lütfi Zadə
B) Əl-Cəziri
C) K.Şennon
D) A.Türing
E) K.Çapekin