1. 101,112 ədədi 10-luq say sistmində neçədir?
A) 10,625
B) 5,75
C) 4,75
D) 5,11
E) 11,625
2. Alt qovluqlara keçdikdə hər bir qovluğun yeni pəncərədə açılması necə təmin edilir?
A) view>folder options>tools>status bar (вид>свойства папки>сервис> строка состояния) aktivləşdirilir
B) tools>folder options>view>open each folder in its own window (сервис>свойства папки>вид>использовать обычные папки Windows) aktivləşdirilir
C) tools>folder options>general>show common tasks in folders (сервис>свойства папки>общие>отображение списка типичных задач в папках) aktivləşdirilir
D) view>folder options>tools>open each folder in its own window (вид>свойства папки>сервис> использовать обычные папки Windows) aktivləşdirilir
E) tools>folder options>general>open each folder in its own window (сервис>свойства папки>общие> использовать обычные папки Windows) aktivləşdirilir
3. Abzaslar bir-birindən hansı bölmədən istifadə etməklə aralana bilər?
A) Home>Paragraph...>İndents and Spacing (Главная >Абзац…>Отступы и интервалы)
B) Page Layout >Page setup... > Character Spacing (Файл>Параметры страницы…> Интервал)
C) Home>Paragraph...> Character Spacing (Главная >Абзац…> Интервал)
D) Home >Font...>İndents and Spacing (Главная > Шрифт …>Отступы и интервалы)
E) Home >Font...>Character Spacing (Главная >Шрифт…>Интервал)
4. Verilmiş cədvəldə C2 xanasının son nəticəsi neçə olacaq?
A) 13
B) 81
C) 11
D) 17
E) 512
5. 678-2916 fərqi onluq say sistemində neçə edir?
A) 10
B) 11
C) 12
D) 13
E) 14
6. Cədvəlin sətirləri hansı teqlərlə müəyyən olunur?
A) <table>
B) <td>
C) <th>
D) <tr>
E) <title>
7. Aşağıdakı proqramın icrasından sonra y dəyişəni hansı qiyməti alacaq.
x=4; y=x*pow(x,2); print(y=
,y)
A) y=64
B) y=8
C) y=20
D) y=6
E) y=10
8. III nəsil EHM-ə aid olmayan cavabı müəyyən edin.
A) İlk dəfə maqnit yaddaş diskindən istifadə olundu
B) İlk dəfə monitordan istifadə edildi
C) İlk dəfə yarımkeçiricilərdən istifadə edildi
D) Kompüterdə multiproqram rejimindən istifadə edildi
E) Kompüterə çoxlu əlavə qurğular qoşulması imkanı yaradıldı
9. Verilmiş cədvəldə D2 xanasının son nəticəsi neçə olacaq?
A) 22
B) 2
C) 4
D) 11
E) 23
10. Y:=X+5
X:=2Y-2
Y:=X-Y
Yuxarıdakı alqoritmin icarsı nəticəsində Y dəyişəni 8 qiymətini almışdırsa, X-in başlanğıc qiymətini hesablayın.
A) 10
B) 5
C) 12
D) 16
E) 4
11. Diskdə 2 MB səs faylı, 512 KB şəkil və 4096 bayt mətn faylı varsa, diskdə cəmi neçə KB yer tutulub?
A) 2516
B) 2564
C) 6608
D) 4610
E) 6656
12. ASCII vasitəsilə kodlaşdırılmış "Operating system" ifadəsi UNİCODE ilə dekodlaşdırıldıqdan sonra ondan 4 ədəd simvolu silsək, ifadə yaddaşda neçə bit yer tutar?
A) 64
B) 16
C) 128
D) 32
E) 192
13. 12288 bit/san sürətlə internetə qoşulan modem 24 saniyədə ən çoxu nə qədər informasiya yükləyə (ötürə) bilər?
A) 36 kB
B) 72 kB
C) 288 kB
D) 18 kB
E) 144 kB
14. Sənədə şəkil əlavə etmək üçün hansı teq istifadə edilir?
A) <p>
B) <img>
C) <a>
D) <strong>
E) <i>
15. Aşağıdakı kod fraqmentinin hansı sətrində səhv var?
if a > b :
a = a – b
else
b = b – a
A) 1
B) 2
C) 3
D) 4
E) Heç biri
16. Aşağıdakı proqram hansı funksiyanı yerinə yetirir?
y = n//2
for i in range (2, y+1):
x = n % i
if x==0:
print(i, end = " ")
A) n ədədinin müsbət tam bölənlərini hesablayır
B) n ədədinin sadə vuruqlarını hesablayır
C) n ədədinin mərtəbə sayını hesablayır
D) n ədədinin cüt ədəd olmasını müəyyən edir
E) n ədədinin sadə ədəd olmasınıı müəyyən edir
17. Sərt diskin işini optimallaşdırmaq və ona müraciətin sürətini artırmaq üçün nəzərdə tutulmuş utilit:
A) diskin yoxlanılması
B) faylların ehtiyata göndərilməsi və bərpa edilməsi
C) lazımsız faylların silinməsi
D) diskin defraqmentləşdirilməsi
E) diskin formatlaşdırılması
18. Keyfiyyəti itirmədən hansı təsvirlərin miqyasını dəyişmək olur?
A) rastr
B) istənilən ağ-qara
C) vektor
D) istənilən monoxrom
E) istənilən rəngli
19. Modeli yaradılan obyektin özünə nə deyilir?
A) maket
B) müqəvva
C) prototip
D) canlı
E) abstrakt
20. Verilənlər bazasının modelini göstərin:
A) İyerarxik
B) Obyektyönlü
C) İnfoloji
D) Relyasiya
E) Şəbəkə
21. Windows Explorer proqramında faylların əsas xassələrini göstərən rejim neçə adlanır?
A) Thumbnails (Эскизы страниц)
B) Tiles (Плитка)
C) List (Список)
D) Details (Таблица)
E) Icons (Значки)
22. MS Word proqramında mübadilə buferindəki (Clipboard/Буфер обмена) mətni neçə dəfə istifadə edtmək olar?
A) ancaq bir dəfə
B) cəmi 10 dəfə
C) cəmi 2 dəfə
D) buferdən silinən vaxtadək istənilən sayda
E) əvvəlcədən müəyyən edilmiş sayda
23. 30 səhifədən ibarət olan kitab çapa aşağıdakı parametrlərlə göndərilmişdir. Çap üçün neçə ədəd A4 vərəqi lazım olacaq (Word 2010)?
A) 150
B) 75
C) 40
D) 30
E) 15
24. Aşağıdakı əlifbadan istifadə edilməklə gizli açarı 3 olan Sezar şifri ilə şifrlənmə nəticəsində “FQXQVQBGT” şifrlənmiş mətni alınmışdır. İlkin mətn variantlardan hansında doğru verilib?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z
A) EJĞJUJ0ƏS
B) DİGİTİZER
C) EMPLOJER
D) ÇIFIŞIYDP
E) DİNOSAURS
25. Kompüterin “intellektuallığını” müəyyənləşdirmək üçün təklif olunan sınağın müəllifi kimdir?
A) Lütfi Zadə
B) Əl-Cəziri
C) K.Şennon
D) A.Türing
E) K.Çapekin