1. R1C1 rejimində R12C4=R[-9]C+R[-7]C[-1]+R[2]C düsturu A1 rejimində necə olur?
A) C4=C9+C1+C:C
B) CR124=CR9+CR7+CR2
C) D12=D3+C5+D14
D) C12=R9+R7+R2
E) D4=D1+D2+D:D
2. Cədvəldə 2-ci sətirdən 11-ci sətrə qədər adlar (A sütunu) və yaşlar (B sütunu) göstərilib. Yaşı 25 olan neçə nəfərin olması necə təyin olunur?
A) SUMIF(B2:B11; 25) (СЧЕТЕСЛИ(B2:B11; 25))
B) SUM(A2:A11; 25) (СЧЕТ(A2:A11; 25))
C) SUMIF(A2+B11; 25) (СЧЕТЕСЛИ(A2+B11; 25))
D) SUM(B2:B11; 25) (СЧЕТ (B2:B11; 25))
E) SUMIF(A2;B11; 25) (СЧЕТЕСЛИ(A2;B11; 25))
3. 1649-21203 fərqi onluq say sistemində neçə edir?
A) 70
B) 64
C) 47
D) 58
E) 82
4. Lisp dilinin müəllifi kimdir?
A) Con Bekus
B) Con Makkarti
C) Niklaus Virt
D) Qvido van Rossum
E) Ceyms Hoslinq
5. Bu skaner növündə kağız skanerin şəffaf şüşəsinin üzərinə sərilir və şüşənin altından keçən lazer şüası kağızdakı informasiyanı qəbul edir.
A) Flatbed
B) Overhead
C) Sheet-fed
D) Handheld
E) LED
6. Uyğunluğu müəyyən edin.
1. Giriş qurğuları
2. Çıxış qurğuları
3. yaddaş qurğuları
a) printer
b) digitayzer
c) Plotter
d) Hard disc
e) Mikrofon
A) 1-b, e; 2-a, c; 3-d
B) 1-e; 2-a, b, c; 3-d
C) 1-b; 2-a, c; 3-d, e
D) 1-a, b, e; 2-c; 3-d
E) 1-b, e; 2-a; 3-c, d
7. Verilmiş cədvəldə C1 xanasındakı formul C2 xanasına köçürülərsə, C2 xanasının qiyməti neçə olar?
A) 6
B) 3
C) 5
D) 4
E) 12
8. Y:=X+5
X:=2Y-2
Y:=X-Y
Yuxarıdakı alqoritmin icarsı nəticəsində Y dəyişəni 8 qiymətini almışdırsa, X-in başlanğıc qiymətini hesablayın.
A) 10
B) 5
C) 12
D) 16
E) 4
9. ... əməlini sadələşdirmək məqsədilə kompüterdə xüsusi kodlardan istifadə olunur və nəticədə ... əməli ... əməlinə gətirilib çıxardılır.
A) çıxma, toplama, toplama
B) toplama, çıxma, vurma
C) vurma, çıxma, toplama
D) çıxma, çıxma, toplama
E) çıxma, toplama, vurma
10. Hər səhifəsində 40 sətir olan kitabın hər sətrində 72 simvol varsa, 360 KB həcmli kitab neçə səhifədən ibarətdir?
A) 144
B) 180
C) 64
D) 128
E) 192
11. Aşağıdakılardan hansı IP ünvan ola bilər?
A) 12.25.255.1024
B) 255.0.128.64.16
C) 92.68.125.333
D) 1.2.3.4
E) 255.0.255.0.255
12. Cədvəldə axtarış sisteminə verilmiş sorğular və müvafiq axtarış nəticəsində İnternetdə tapılmış səhifələrin sayı verilmişdir (Sorğularda “VƏ YA” məntiqi əməlini işarə etmək üçün OR, “VƏ” məntiqi əməli üçün isə AND istifadə edilmişdir):
Sorğu Tapılmış səhifələr
(minlərlə) Kompüter 3333
İnformatika OR Kompüter 4321
İnformatika 1234
İnformatika AND Kompüter sorğusu üzrə neçə (minlərlə) səhifə tapılar?
A) 3087
B) 246
C) 988
D) 2099
E) 2222
13. Proqramı maşın koduna çevirərək ilkin koddan asılı olmadan istənilən sayda çalışdırıla bilən fayl kimi saxlayan çevirici proqramlar necə adlanır?
A) kompilyator
B) interpretator
C) emulyator
D) translyator
E) konvertor
14. Aşağıdakı proqram fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
s = 0
for i in range (1, 5) :
s = s + i
print (s, end = “ “)
A) 15
B) 1 3 6 10
C) 1 3 6 10 15
D) 10
E) 0 (sıfır)
15. Ana plata üzərində yerləşənləri seçin.
1. prosessor
2. sərt disk (vinçester)
3. əməli yaddaş (ƏYQ)
4. daimi yaddaş qurğusu (DYQ)
5. qida bloku
A) 1, 2, 3
B) 1, 3, 4
C) 1, 2, 5
D) 2, 3, 4
E) 3, 4, 5
16. Tətbiqi proqram təminatına daxildir:
1. fayl menecerləri
2. web-redaktorlar
3. antivirus proqramları
4. stolüstü nəşriyyat sistemləri
5. verilənlərin sıxılması vasitələri
A) 1, 2
B) 1, 3
C) 3, 5
D) 2, 4
E) 4, 5
17. Elektron təqdimat proqramında neçə görünüş rejimi var? (MS Power Point)
A) 1
B) 2
C) 4
D) 5
E) 3
18. Formal dillər vasitəsilə informasiya modelinin qurulması prosesinə nə deyilir?
A) Layihələndirmə
B) Alqoritmləşdirmə
C) Vizuallaşdırma
D) Formallaşdırma
E) Aqreqatlaşdırma
19. Verilənlər bazası nəzəriyyəsində yazı anlayışı nəyi bildirir?
A) Cədvəlin sütununu
B) Sütun başlıqlarını
C) Cədvəli
D) Cədvəlin sətrini
E) Açarı
20. Əməliyyat sisteminin əsas hissəsinə aid olanı göstərin: (Windows 7)
A) Qrafik redaktor
B) Elektron cədvəl
C) Süni intellekt sistemi
D) Proqramlaşdırma dili
E) Fayl sistemi
21. Mətn redaktorunda köçürmə əməliyyatının yerinə yetirilməsindən əvvəl zəruridir:
A) Kursorun müəyyən vəziyyətə gətirilməsi
B) Mətn fraqmentinin seçilməsi
C) Şriftin ölçüsünün böyüdülməsi
D) Faylın çap edilməsi
E) Faylın yadda saxlanması
22. Şəkildə MS Word mətn prosessorunun File → Print (Файл → Печать) dialoq pəncərəsindən bir fraqment verilmişdir.
Bu fraqmentə görə printerdə ən çoxu neçə vərəq çap olunar?
A) 10
B) 30
C) 12
D) 5
E) 3
23. Aşağıdakı əlifbadan istifadə edilməklə gizli açarı 15 olan Sezar şifri ilə “PROQRAM” sözü şifrlənmişdir. Şifrlənmiş mətn variantlardan hansında doğru verilib?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z
A) DECRFSA
B) CDBYDJ0
C) DECZEKA
D) EƏC0ƏQB
E) DECYEKA
24. Aşağıdakılardan hansı informasiya sisteminin komponenti deyil?
A) Aparat təminatı
B) İstifadəçilər
C) Verilənlər
D) Proqram təminatı
E) Texnologiyalar
25. Müasir kompüterlərdə istifadə olunan məntiq sisteminin banisi kimdir?
A) Aristotel
B) Fon Neyman
C) Alan Türinq
D) Lütfi Zadə
E) Corc Bul