Yoxlama nəticələri

1. 1B716-110101102 fərqi onluq say sistemində neçə edir?
A) 121
B) 144
C) 225
D) 141
E) 125


2. Uyğunluğu müəyyən edin:



1. Xassə
2. Tip

a) budaqlanan
b) diskretlik
c) xətti
d) nəticəvilik
e) müəyyənlik

A) 1 - a, c; 2 - b, d, e
B) 1 - b, d, e; 2 - a, c
C) 1 - a, b, c; 2 - d, e
D) 1 - c, e; 2 - a, b, d
E) 1 - a, d; 2 - b, c, e


3. Proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün hansı tip verilənlərdən istifadə edilir?
A) Şərti
B) Məntiqi
C) Hesabi
D) Göstərici
E) Mətn


4. Verilənlər bazası - ... .
A) Müəyyən qaydalar əsasında təşkil olunmuş verilənlər yığınıdır
B) Böyük informasiya massivlərinin saxlanılması və emalı üçün proqramlar məcmusudur
C) Verilənləri toplanması və manipulyasiyasını dəstəkləyən interfeysdir
D) Müəyyən informasiya yığınıdır
E) Tətbiqi proqramlar və verilənlər arasında əlqə üçün interfeysdir


5. Uyğunluğu müəyyən edin.
1. Giriş qurğuları
2. Çıxış qurğuları
3. yaddaş qurğuları
a) printer
b) digitayzer
c) Plotter
d) Hard disc
e) Mikrofon

A) 1-b, e; 2-a, c; 3-d
B) 1-e; 2-a, b, c; 3-d
C) 1-b; 2-a, c; 3-d, e
D) 1-a, b, e; 2-c; 3-d
E) 1-b, e; 2-a; 3-c, d


6. Verilmiş cədvəldə D2 xanasının son nəticəsi neçə olacaq?


A) 22
B) 2
C) 4
D) 11
E) 23


7. a=7, b=9 olduqda aşağıdakı funksiyanın qiymətini hesablayın.


A) 10
B) 20
C) 4
D) 16
E) 40


8. Alqoritmin icrası nəticəsində hansı cavab alınar?


A) 21
B) 8
C) 13
D) 45
E) 34


9. 2 kB + 5120 B + 256 bit = ? B
A) 5378
B) 7200
C) 5154
D) 7424
E) 7152


10. “KOMPÜTER ELMİ” ifadəsi UNICODE sxemilə kodlaşdırılıbsa, kod ASCII vasitəsilə dekodlaşdırıldıqda aşağıdakı ifadələrdən hansına uyğun gələ bilər?
A) “İNFORMASİYA VƏ KODLAŞDIRMA”
B) “İNFORMASİYA SİSTEMLƏRİ”
C) “ALQORİTM VƏ PROQRAMLAŞDIRMA”
D) “İNFORMASİYA VƏ AVTOMATİKA”
E) “İNFORMASİYA TEXNOLOGİYALARI”


11. Aşağıda verilmiş iki söz arasındakı məntiqi əlaqəyə əsasən, üçüncü sözə uyğun gələn variantı seçin.
WPAN – Bluetooth
WLAN – ?

A) ADSL
B) Dial-up
C) ISDN
D) Wi-Fi
E) Internet


12. Böyük sitatları sol kənardan boşluq buraxmaqla formatlaşdırmaq üçün hansı teq istifadə edilir?
A) <sub>
B) <blockquote>
C) <pre>
D) <q>
E) <mark>


13. Proqramın gedişatı zamanı yalnız bir qiyməti olan kəmiyyətlər necə adlanır?
A) Operatorlar
B) Psevdokodlar
C) Dəyişənlər
D) Şərhlər
E) Sabitlər


14. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 267
s = 0
while n >= 1:
   a = n % 10
   n = n // 10
s = s + a    
print(s)

A) 15
B) 2
C) 7
D) 0 (sıfır)
E) 1


15. Daxili yaddaş qurğularına aiddir:
1. RAM
2. HDD
3. DVD
4. BIOS
5. FDD

A) 1, 5
B) 1, 4
C) 1, 3, 5
D) 2, 5
E) 2, 4, 5


16. Tətbiqi proqram təminatına daxildir:
1. proqramlaşdırma sistemləri
2. səs redaktorları
3. mühasibat proqramları
4. fayl menecerləri

A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 4, 5
E) 1, 5


17. Təqdimat necə başa düşülür?
A) Mətnlərin çapı
B) Proqramın tərtibi
C) Elektron cədvəllərin yaradılması
D) Cədvəllərin tərtibi
E) Slaydların nümayişi


18. Kristal qəfəs hansı modelə aiddir?
A) tədris modeli
B) imitasiya modeli
C) elmi-texniki model
D) təcrübi model
E) dinamik model


19. Relyasiya nisbətinin qüvvəti (dərəcəsi) nə deməkdir?
A) 2-yə bölünən domenlərin sayı
B) nisbətdəki kortejlərin sayı
C) 2-yə bölünən kortejlərin sayı
D) nisbətdəki verilənlərin sayı
E) nisbətdəki domenlərin sayı


20. Test imtahanının nəticələri verilənlər bazasının aşağıdakı cədvəlində verilmişdir:
Həmin cədvəlin hansı yazıları “Cins”= “k” OR “Kimya”>”Biologiya” şərtini ödəyir?



A) 2, 3
B) 2, 4, 6
C) 2, 3, 4, 6
D) 1, 2, 3, 5
E) 1, 3, 4, 5, 6


21. Şəkildə göstərilmiş Taskbar Buttons (Кнопки панель задач/Tapşırıq Paneli düymələri) sahəsindən Combine when Taskbar is full (Группировать при заполнении панель задач/Tapşırıq paneli böyük olduqda birlşdir) əmri seçilmişdir. Edilmiş dəyişiklikdən sonra iş prosesində nə baş verəcək (MS Windows 7)?
1. bir neçə proqram açılan kimi onların işarələri avtomatik olaraq bir düymədə qruplaşdırılacaq
2. düymələr üzərində həm işarə, həm də pəncərənin adı əks olunacaq
3. uyğun pəncərələr bir düymədə qruplaşdırılmayacaq
4. düymələr üzərində pəncərələrin adları və işarələri əks olunmayacaq
5. düymələr üzərində proqramların işarələri əks olunacaq, adları isə görsənməyəcək
6. işarələrin qruplaşdırılması Taskbar paneli üzərində yer çatışmadıqda baş verəcək



A) 1, 5
B) 2, 3
C) 2, 6
D) 1, 4
E) 4, 6


22. Ətraflı görünüş almaq üçün (və ya səhifənin böyük hissəsini, hətta bir neçə səhifəsini kiçildilmiş formada eyni zamanda görmək üçün) sənədin ... böyütmək (və ya kiçiltmək) lazımdır.
A) stilini
B) şablonunu
C) pəncərəsini
D) miqyasını
E) şriftini


23. Virus aşkarlanmış faylı ilkin vəziyyətə qaytarmağa çalışan antivirus hansıdır?
A) Detektorlar
B) Faqlar
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər


24. “Bundan sonra teleqraf, telefon və radio yarandı”. Söhbət hansı yenilikdən gedir?
A) Yazının meydana gəlməsi
B) Kitab çapının ixtirası
C) Elektrikin kəşfi
D) Mikroprosessorun ixtirası
E) Tranzistorların ixtirası


25. Uyğunluğu müəyyən edin:
1. Robot manipulyatorlar
2. Mobil robotlar
3. Humanoid robotlar
a. təkərlər, ayaqlar və ya analoji mexanizmlər vasitəsilə hərəkət edirlər
b. fiziki quruluş baxımından insana bənzəyirlər
c. fiziki olaraq öz iş yerinə bağlı olur

A) 1-a, 2-b, 3-c
B) 1-b, 2-c, 3-a
C) 1-c, 2-a, 3-b
D) 1-a, 2-c, 3-b
E) 1-c, 2-b, 3-a