Yoxlama nəticələri

1. Tutaq ki, A hərfi ilə başlayıb növbəti hərflərindən biri S olan bütün fayl və qovluqları axtarırıq. Necə hərəkət etməliyik?
A) Axtarış sahəsinə A?S daxil etməliyik
B) Axtarış sahəsinə A+S daxil etməliyik
C) Axtarış sahəsinə A/S daxil etməliyik
D) Axtarış sahəsinə A*S daxil etməliyik
E) Axtarış sahəsinə A\S daxil etməliyik


2. İş sahəsinə xətkeşləri daxil etmək üçün hansı əməliyyat yerinə yetirilir?
A) Insert>Ruler (Вставка>Линейка)
B) Page Layout>Ruler… (Разметка Страницы> Линейка …)
C) View>Ruler (Вид>Линейка)
D) File >Ruler… (Файл > Линейка …)
E) File >Options...>Ruler… (Файл> Параметры...>Линейка …)


3. 2,5 ədədi yazılmış xananın formatı Number-dən (Числовой) Percentage-yə (Процентный) dəyişdirildikdə xanada hanxı ifadə görünür?
A) 2,5 E+2
B) 2.5%
C) 0,25%
D) 25
E) 250%


4. Vərəqdəki diaqramı başqa vərəqə necə köçürürlər?
A) Chart Tools>Design> Location (Работа с диаграммы>Конструктор>Расположение)
B) Chart Tools> Layout > Location (Работа с диаграммы> Макет >Расположение)
C) Chart Tools> Layout > Select Data (Работа с диаграммы> Макет >Выбрать Данные)
D) Chart Tools>Design> Select Data (Работа с диаграммы>Конструктор>Выбрать Данные)
E) Chart Tools>Layout>Legend (Работа с диаграммы>Макет>Легенда)


5. 1B716-110101102 fərqi onluq say sistemində neçə edir?
A) 121
B) 144
C) 225
D) 141
E) 125


6. 7149+2369 cəmi doqquzluq say sistemində neçə edir?
A) 1141
B) 1200
C) 1050
D) 1121
E) 1051


7. Aşağıdakı dillərdən hansılar xüsusi təyinatlı dillər deyil?
1. Java
2. Python
3. Cobol
4. Basic
5. C++

A) 1, 3, 5
B) 2, 5
C) 1, 4
D) 2, 4, 5
E) 3, 5


8. Əgər elektron poçt vasitəsilə məktub göndərən zaman göndərilən şəxsin ünvanı səhv yazılıbsa, nə baş verir?
A) e-mail ünvana çatmır
B) Subject bölməsinin hökmən doldurulması tələb olunur
C) Elektron poçtda subject adlanan bölmə yoxdur
D) Məktub səhv barədə xəbərdarlıqla geri qayıdır
E) e-mail problemsiz ünvana çatır


9. Tətbiqi proqramların təyinatı nədir?
A) Kompüterin işini və informasiya emalı prosesini idarə edir
B) Şəbəkə resurslarını idarə edir
C) Müəyyən tip məsələlərin həlli üçün nəzərdə tutulub
D) İstifadəçi ilə kompüter arasında əlaqə qurur
E) Digər proqramlarla periferiya qurğuları arasında əlaqə yaratmaq


10. Verilmiş URL ünvana əsasən ən aşağı səviyyəli domeni təyin edin.
https://www.informatika.edu.az

A) az
B) https
C) www
D) informatika
E) https://www


11. Word sənədinin statistik məlumatları ilə tanış olmaq üçün hansı tab-vərəqdən istifadə edilir?
A) Home (Главная)
B) View (Вид)
C) Page Layout (Разметка Страницы)
D) References (Ссылки)
E) Review (Рецензирование)


12. Verilmiş cədvəldə C1 xanasındakı formul D1, C2 xanasındakı formul D2, xanasına köçürülərsə, D3xanasının qiyməti neçə olar?


A) 8
B) 12
C) 23
D) 18
E) 11


13. a=5, b=3 olduqda, alqortimin son nəticəsi neçə olar?


A) 15
B) 18
C) 20
D) 22
E) 17


14. ... əməlini sadələşdirmək məqsədilə kompüterdə xüsusi kodlardan istifadə olunur və nəticədə ... əməli ... əməlinə gətirilib çıxardılır.
A) çıxma, toplama, toplama
B) toplama, çıxma, vurma
C) vurma, çıxma, toplama
D) çıxma, çıxma, toplama
E) çıxma, toplama, vurma


15. 25 ədədini yadda saxlamaq üçün neçə bit tələb olunur?
A) 5
B) 32
C) 8
D) 6
E) 2


16. Cümlənin yazılışında 5 hərfli 6 söz və 2 durğu işarəsi işlənmişdirsə, onun ASCII sxemi ilə kodu neçə bayt olar?
A) 30
B) 32
C) 37
D) 39
E) 28


17. İST-ni yoğun koaksial kabelə qoşan qurğu ... adlanır.
A) Transiver
B) Modem
C) Repeater
D) Terminator
E) Switch


18. Cədvəldə axtarış sisteminə verilmiş sorğular və müvafiq axtarış nəticəsində İnternetdə tapılmış səhifələrin sayı verilmişdir (Sorğularda “VƏ YA” məntiqi əməlini işarə etmək üçün OR, “VƏ” məntiqi əməli üçün isə AND istifadə edilmişdir):


Sorğu Tapılmış səhifələr
(minlərlə)
DVD 3578
Flash AND DVD 2466
Flash 1874

Flash OR DVD sorğusu üzrə neçə (minlərlə) səhifə tapılar?

A) 762
B) 5452
C) 2986
D) 4340
E) 4170


19. Proqramın layihəsinin hazırlanmasından sonrakı mərhələ hansıdır?
A) Testlənmə və sazlanma
B) Proqrama olan tələblərin təhlili
C) Proqramın tətbiq edilməsi
D) Proqramın kodlaşdırılması
E) Proqramın müşaiyəti


20. Aşağıdakı kod fraqmentinin hansı sətrində səhv var?
if a > b :
   a = a – b
else
   b = b – a

A) 1
B) 2
C) 3
D) 4
E) Heç biri


21. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 374
s = 0
while n >= 1:
   a = n % 10
   n = n // 10
   s = s + a    
print(s)

A) 14
B) 3
C) 4
D) 0 (sıfır)
E) 1


22. 2-ci nəsil EHM-lərin element bazasını nə təşkil edirdi?
A) çox böyük inteqral sxemlər
B) yarımkeçirici tranzistorlar
C) elektron lampalar
D) mikroprosessorlar
E) böyük inteqral sxemlər


23. Xidməti (Servis) proqramların funksiyasına aiddir:
A) Proqram mətnlərini maşın koduna çevirmək
B) Əməliyyat sisteminin imkanlarını genişləndirmək
C) Kompyuterin işini idarə etmək, istifadəçi ilə kompyuter arasında dialoq yaratmaq
D) Kompyuterin periferik qurğuları ilə əməliyyat sistemini əlaqələndirmək
E) Yeni proqram vasitələri yaratmaq


24. Bunlardan hansı əməliyyat sistemi deyil?
A) Windows XP
B) Unix
C) Linux
D) MS DOS
E) OSI


25. Power Point nə üçündür?
A) Təqdimatlarla iş
B) Məntlə iş
C) Qrafik obyektlərlə iş
D) Veb-səhifə ilə iş
E) Cədvəllərlə iş