Yoxlama nəticələri

1. Hansı mülahizə doğrudur?
1.Assembler - Assembli dilində yazılmış proqramı maşın koduna çevirir
2.İnterpretator- proqramı maşın koduna çevirir və kompüterin yaddaş qurğusunda tətbiqetmə fayl kimi saxlayır.
3.Kompilyator - proqramın icrası zamanı onun hər bir sətrini oxuyub maşın dilinə çevirir.
4.İnterpretator - proqramın icrası zamanı onun hər bir sətrini oxuyub maşın dilinə çevirir.

A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 1, 4


2. Proqramlardan hansı MS Office-ə daxil deyil?
1. Winamp
3. Word
5. Access
7. Photoshop
2. Excel
4. Power Point
6. WordPad
8. Acrobat Reader

A) 1, 3, 5, 7
B) 2, 3, 4, 5
C) 1, 6, 7, 8
D) 2, 3, 5, 6
E) 5, 6, 7, 8


3. Disklərə xidməti hansı proqramlar həyata keçirir?
A) texniki xidmət proqramları
B) kompilyator
C) utilit
D) örtük proqramları
E) əməliyyat sistemi


4. Müxtəlif rejim və formalarda faylların çapı hansı proqramlar vasitəsilə həyata keçirilir?
A) mətn prosessoru
B) elektron cədvəl prosessoru
C) əməliyyat sistemi
D) utilit
E) interpretator


5. Sərt diskin işini optimallaşdırmaq və ona müraciətin sürətini artırmaq üçün nəzərdə tutulmuş utilit:
A) diskin yoxlanılması
B) faylların ehtiyata göndərilməsi və bərpa edilməsi
C) lazımsız faylların silinməsi
D) diskin defraqmentləşdirilməsi
E) diskin formatlaşdırılması


6. Əməliyyat sisteminin qurğularla (printer, skaner, displey və s.) qarşılıqlı əlaqəsini təmin edən proqram adlanır:
A) kontroller
B) kompilyator
C) translyator
D) domen
E) drayver


7. Tətbiqi proqram təminatına daxildir:
1. proqramlaşdırma sistemləri
2. səs redaktorları
3. mühasibat proqramları
4. fayl menecerləri

A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 4, 5
E) 1, 5


8. Kompüterə proqramları quraşdıran proqram necə adlanır?
A) main.exe
B) main.com
C) setup.exe
D) index.htm
E) microsoft.com


9. Müxtəlif funksional məsələlərin həlli üçün nəzərdə tutulmuş proqramlar hansılardır?
A) əmliyyat sistemi
B) xidməti proqramlar
C) sistem proqramları
D) tətbiqi proqramlar
E) utilitlər


10. Faylların arxivləşdirilməsi hansı proqramlar vasitəsilə həyata keçirilir?
A) mətn redaktoru
B) utilit
C) VBİS
D) örtük proqramları
E) inteqrallaşmış proqram paketləri