1. İstənilən simvolun ikilik rəqəmlə ifadə edilə bilməsinin mümkünlüyüni ilk dəfə kim təklif edib?
A) A.Lavleys
B) C.F.Neyman
C) Q.B.Leybnis
D) K.Zuse
E) C.Neper
2. I nəsil kompüterlər eyni vaxtda neçə əməliyyat yerinə yetirə bilirdi?
A) ~1000
B) 128
C) 32
D) 1
E) 8
3. Pentium III tipli mikroprosessor neçənci ildən istehsal olunur?
A) 1999
B) 1989
C) 1979
D) 1974
E) 1997
4. Aşağıdakı uyğunluğu müəyyən edin.
1. İlk ticari kompüter; 2. İlk fərdi kompüter
I) I nəsil; II) II nəsil; III) III nəsil; IV) IV nəsil
A) 1-I, 2-III
B) 1-IV, 2-IV
C) 2-II, 1-III
D) 1-II, 2-III
E) 1-I, 2-IV
5. "Maşın dili"ndən ilk dəfə hansı nəsil kompüterlərdə istifadə olunub?
A) I
B) II
C) III
D) IV
E) heç biri
6. 32 bitlik bir mikroprosessor bir taktda hansı əməliyyatı yerinə yetirə bilər?
A) iki ədəd 16 bitlik 2-lik ədədi toplaya bilər
B) iki ədəd 8 bitlik 2-lik ədədi toplaya bilər
C) iki ədəd 32 bitlik 2-lik ədədi toplaya bilər
D) dörd ədəd 32 bitlik 2-lik ədədi toplaya bilər
E) dörd ədəd 8 bitlik 2-lik ədədi toplaya bilər
7. Z-1 hansı nəsil kompüterlərə aiddir?
A) I
B) II
C) III
D) IV
E) heç biri
8. Loqarifmik hesablama xətkeşinin ixtiraçısı kimdir?
A) Con Neper
B) Vilyam Outred
C) Vilhelm Şikkard
D) Leonardo da Vinçi
E) Blez Paskal
9. 1971-ci ildə İntel firması tərəfindən istehsal olunan mikroprosessorun adı nə idi?
A) Pentium
B) 4004
C) 8008
D) 80286
E) 8080
10. Ada Lavleys kimin hesablayıcı maşını üçün proqram yazıb?
A) H.Eyke
B) K.Berri
C) C.F.Neyman
D) A.Turinq
E) Ç.Bebbiç