1. Aşağıdakılardan hansılar optik diskdir?
I. Floppy disk; II. CD; III. Harddisc; IV. DVD; V. Zip disk
A) I, II
B) III, IV
C) I, V
D) III, V
E) II, IV
2. ... idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla birləşdirir.
A) kontroller
B) drayver
C) port
D) interfeys
E) şin
3. Hansı doğrudur?
“Kompyuter ... istifadə oluna bilər”.
1. prosessorsuz
2. daxili yaddaşsız
3. printersiz
4. CD ROM-suz
A) 1, 2
B) 3, 4
C) 1, 3
D) 1, 4
E) yalnız 2
4. Aşağıdakı printerlərdən hansılar zərbəlidir?
I. dot matrix; II. laser-jet; III. ink-jet
A) yalnız II
B) I və II
C) yalnız III
D) II və III
E) yalnız I
5. Aşağıdakılardan hansı RAM yuvası deyil?
A) SİMM
B) PCİ
C) RİMM
D) DİMM
E) heç biri
6. Bunlardan hansı kompüterin əsas hissəsidir?
A) Printer
B) Plotter
C) Sistem bloku
D) Mikrofon
E) Skaner
7. Aşağıdakılardan hansılar xarici yaddaş qurğularıdır?
I. Floppy Disc; II. RAM; III. Hard Disc; IV. ROM; V. Keş
A) I, II
B) I, III
C) II, IV
D) II, V
E) III, IV
8. Klaviaturada hansı düymələr qrupu yoxdur?
A) funksional
B) hesabi
C) əlifba-rəqəm
D) idarəetmə
E) rəqəm
9. Düzgün variantları seçin.
1. Yaddaş daxili və xarici olmaqla iki yerə bölünür.
2. Sistem şini prosessorla yaddaş və periferiya qurğularını əlaqələndirir.
3. Çevik disk 1,44 kbayt yaddaşa malikdir.
4. CMOS əməli yaddaşın daxilində yerləşir.
5. Prosessor hesab və məntiq əməliyyatlarını yerinə yetirir.
A) 1, 2, 3
B) 2, 3, 4
C) 1, 2, 5
D) 2, 4, 5
E) 1, 3, 4
10. Trackball hansı qurğunun analoqu ola bilər?
A) lazer printer
B) coystik
C) diyircəkli maus
D) lazer maus
E) taçpad