1. Uyğun cütləri tamamlayın:
İnnovasiya, Konservator, Polemika, Diskussiya –
Mühafizəkar, Mübahisə, Yenilik, ?
A) Mühafizəçi
B) Müqayisə
C) Mübaligə
D) Müzakirə
E) Müstəmləkə
2. Birinci iki söz arasında məntiqi əlaqəyə əsaslanaraq , analogiyaya görə üçüncü sözə uyğun olan variantı seçin.
bitki – toxum , ordu - ?
A) komandir
B) general
C) əsgər
D) dövlət
E) cəmiyyət
3. Birinci iki söz arasında məntiqi əlaqəyə əsaslanaraq , analogiyaya görə üçüncü sözə uyğun olan variantı seçin.
Qatar - Dəmir yolu, İnsan - ?
A) Şosse
B) Asfalt
C) Səki
D) Küçə
E) Prospekt
4. Müəzzin – sözünün mənası hansı bənddə daha düzgün verilmişdir?
A) Dində rəhbər
B) Məsciddə azan verən şəxs
C) Müəllimin köməkçisi
D) Çatılması məchul olan yol
E) Ən mükəmməl danışan
5. Anaqramı həll edib fərqli olanı tapın.
A) ə r g n
B) a s ı r
C) a r a q
D) a i m v
E) z o b
6. Verilən sözlər cütü arasındakı məntiqi əlaqəyə analoji olan variantı seçin ( sözlər ardıcıllığı nəzərə alınmalıdır).
musiqi – not
A) cümlə - söz
B) sinif - məktəb
C) antenna - televizor
D) şəkil - sərgi
E) çanta - kitab
7. Sual işarəsinin yerinə uyğun sözü tapın.
Məntiq, nitq, natiq, müstəntiq -
Monoloq, inspektor, logika, ?
A) Etika
B) İnvestor
C) Novator
D) Kurator
E) Orator
8. Buraxılmış hərifləri yazaraq aforizmləri tamamlayın (həriflərin sırasına diqqət edin):
Ya_ı_dan ç_xd_q, _ağ_ura _üş_ük.
A) g, ş, ı, ı, y, m, d, d
B) ğ, ş, ı, y, ı, m, d, d
C) ğ, ş, ı, ı, y, n, d, d
D) g, ş, ı, ı, u, m, d, d
E) ğ, ş, ı, ı, y, m, d, d
9. Verilən sözlər cütü arasındakı məntiqi əlaqəyə analoji olan variantı seçin ( sözlər ardıcıllığı nəzərə alınmalıdır).
hüceyrə - membran
A) uzunluq – məsafə
B) yubatmaq – tələsdirmək
C) insan – dəri
D) qram – çəki
E) çəki – tərəzi
10. Birinci iki söz arasında məntiqi əlaqəyə əsaslanaraq , analogiyaya görə üçüncü sözə uyğun olan variantı seçin.
insan – cəmiyyət , budaq - ?
A) bitki
B) kök
C) yarpaq
D) ağac
E) meyvə