1. Aygün, Vəfa və Lalə üçmərtəbəli evin müxtəlif mərtəbələrində yaşayırlar. Əgər Aygünün nə ikinci, nə də birinci mərtəbədə yaşadığı, Vəfanın ən aşağıda yaşadığı bəllidirsə, qızların hər biri hansı mərtəbədə yaşayır?
A) Aygün – 1; Vəfa – 2; Lalə – 3
B) Aygün – 2; Vəfa – 3; Lalə – 1
C) Aygün – 3; Vəfa – 1; Lalə – 2
D) Aygün – 2; Vəfa – 1; Lalə – 3
E) Aygün – 3; Vəfa – 2; Lalə – 1
2. 1, 2 və 3 saylı mənzillərdə üç – ağ, qara və kürən pişiklər yaşayır. 1 və 2 saylı mənzillərdə yaşayan qara pişiklər deyil. Ağ pişiklər 1 saylı mənzildə yaşamır. Hansı pişiklər hansı mənzildə yaşayır?
A) Ağ – 1; Qara – 2; Kürən – 3
B) Ağ – 2; Qara – 3; Kürən – 1
C) Ağ – 3; Qara – 1; Kürən – 2
D) Ağ – 2; Qara – 1; Kürən – 3
E) Ağ – 1; Qara – 3; Kürən – 2
3. Aytən və Təranənin soyadları Səfərova və Dadaşovadır. Əgər Təranə və Dadaşovanın həmsinif olduqları məlumdursa, qızların hər birinin soyadı necədir?
1. Aytən Səfərova 2. Təranə Daşaşova
3. Aytən Dadaşova 4. Təranə Səfərova
A) 1, 2
B) 3, 4
C) 2, 3
D) 1, 4
E) Heç biri
4. Pərviz və Musanın soyadları Əliyev və Quliyevdir. Əgər Pərviz Əliyevdən iki yaş böyükdürsə, oğlanların hər birinin soyadını tapın.
1. Pərviz Əliyev 2. Musa Quliyev
3. Musa Əliyev 4. Pərviz Quliyev
A) 1, 2
B) 3, 4
C) 1, 3
D) 2, 4
E) Heç biri
5. Üç dost – Vaqif, Samir və Kamil – rəsmləri üç rəngdə olan karandaşlarla rəngləyirdilər: qırmızı, göy, yaşıl. Vaqif rəsmləri nə qırmızı, nə də göy karandaşla rəngləmirdi. Kamil göy karandaşdan istifadə etmirdi. Oğlanlardan hər biri hansı karandaşdan istifadə edirdi?
A) Vaqif – qırmızı; Samir – göy; Kamil – yaşıl
B) Vaqif – göy; Samir – yaşıl; Kamil – qırmızı
C) Vaqif – yaşıl; Samir – qırmızı; Kamil – göy
D) Vaqif – qırmızı; Samir – göy; Kamil – yaşıl
E) Vaqif – yaşıl; Samir – göy; Kamil – qırmızı
6. Kəmalə, Qənirə və Solmaz adlı üç rəfiqə oynayarkən, hər biri öz kisəciklərinə üç oyuncaqdan – ayı balası, dovşan və fil balasından birini qoydu. Solmazın gizlətdiyi nə dovşan, nə də ayı balası idi. Kəmalə dovşanı gizlətməmişdi. Kim hansı oyuncağı gizlətmişdi?
A) Solmaz – ayı; Qənirə – dovşan; Kəmalə – fil
B) Solmaz – dovşan; Qənirə – ayı; Kəmalə – fil
C) Solmaz – fil; Qənirə – dovşan; Kəmalə – ayı
D) Solmaz – ayı; Qənirə – fil; Kəmalə – dovşan
E) Solmaz – fil; Qənirə – ayı; Kəmalə – dovşan
7. Qənirə, Mahirə və Aytən bayram tamaşasına sarı, göy və çəhrayı rəngli müxtəlif donlarda gəldilər. Qənirə sarı donda deyildi, Mahirə nə sarı, nə də çəhrayı donda idi. Qızların hər biri nə rəng don geyinmişdi?
A) Qənirə - sarı; Mahirə - göy; Aytən - çəhrayı
B) Qənirə - göy; Mahirə - çəhrayı; Aytən - sarı
C) Qənirə - çəhrayı; Mahirə - sarı; Aytən - göy
D) Qənirə - çəhrayı; Mahirə - göy; Aytən - sarı
E) Qənirə - göy; Mahirə - sarı; Aytən - çəhrayı
8. Aygün, Jalə və Nərgiz riyaziyyat yoxlama işindən onlara hansı qiymət qoyulduğunu soruşduqda, müəllimə cavab verdi: “Özünüz tapmağa çalışın, mən isə yalnız onu deyəcəyəm ki, sizin sinifdə “iki” alan yoxdur, sizin üçünüzün də qiymətləriniz fərqlidir, həm də: Aygündə “üç” deyil, Nərgizdə nə “üç”, nə də “beş” deyil”. Şagirdlərin hər biri hansı qiymət almışdır?
A) Aygün-5; Jalə-3; Nərgiz-4
B) Aygün-4; Jalə-5; Nərgiz-3
C) Aygün-5; Jalə-4; Nərgiz-3
D) Aygün-3; Jalə-5; Nərgiz-4
E) Aygün-3; Jalə-4; Nərgiz-5
9. Sevda və Nərgizin soyadları Qarayeva və Həsənovadır. Əgər Sevda və Qarayeva qonşu evlərdə yaşayırlarsa, qızların hər birinin soyadı necədir?
1. Sevda Həsənova 2. Nərgiz Həsənova
3. Sevda Qarayeva 4. Nərgiz Qarayeva
A) 1, 2
B) 3, 4
C) 2, 3
D) 1, 4
E) Heç biri
10. Yaşar, Qulu və Tahir qaçış yarışlarında ilk üç yeri tutdular. Əgər Qulu nə ikinci, nə də üçüncü yeri tutmayıbsa, Tahir isə üçüncü yeri tutmamışdırsa, oğlanların hər biri neçənci yeri tutmuşdu?
A) Yaşar – 1; Qulu – 2; Tahir – 3
B) Yaşar – 2; Qulu – 3; Tahir – 1
C) Yaşar – 3; Qulu – 1; Tahir – 2
D) Yaşar – 1; Qulu – 3; Tahir – 2
E) Yaşar – 2; Qulu – 1; Tahir – 3