Yoxlama nəticələri

1. Çıxış qurğularını göstərin:
1. Printer
3. Monitor
5. Plotter
7. Proyektor
2. Skaner
4. Klaviatura
6. Web-kamera
8. Maus

A) 2, 4, 7, 8
B) 2, 3, 5, 6
C) 1, 3, 5, 7
D) 1, 4, 5, 8
E) 3, 4, 5, 6


2. Fərdi kompüterlərdə ötürülən siqnallar:
A) diskretdir
B) kəsilməzdir
C) qismən diskretdir
D) qismən kəsilməzdir
E) həm diskretdir, həm də kəsilməzdir


3. Hansı doğrudur?
“Kompyuter ... istifadə oluna bilər”.
1. prosessorsuz
2. daxili yaddaşsız
3. printersiz
4. CD ROM-suz

A) 1, 2
B) 3, 4
C) 1, 3
D) 1, 4
E) yalnız 2


4. Aşağıdakılardan hansı RAM yuvası deyil?
A) SİMM
B) PCİ
C) RİMM
D) DİMM
E) heç biri


5. Trackball hansı qurğunun analoqu ola bilər?
A) lazer printer
B) coystik
C) diyircəkli maus
D) lazer maus
E) taçpad


6. Aşağıdakılardan hansılar daxiletmə qurğusudur?
I. Floppy disc; II. Barcode; III. Proyektor; IV. Joystick; V. Speaker

A) I, II
B) I, V
C) II, IV
D) III, IV
E) III, V


7. Aşağıdakı printerlərdən hansılar zərbəlidir?
I. dot matrix; II. laser-jet; III. ink-jet

A) yalnız II
B) I və II
C) yalnız III
D) II və III
E) yalnız I


8. Ana plata üzərində yerləşənləri seçin.
1. prosessor
2. sərt disk (vinçester)
3. əməli yaddaş (ƏYQ)
4. daimi yaddaş qurğusu (DYQ)
5. qida bloku

A) 1, 2, 3
B) 1, 3, 4
C) 1, 2, 5
D) 2, 3, 4
E) 3, 4, 5


9. Aşağıdakılardan hansılar xarici yaddaş qurğularıdır?
I. Floppy Disc; II. RAM; III. Hard Disc; IV. ROM; V. Keş

A) I, II
B) I, III
C) II, IV
D) II, V
E) III, IV


10. Klaviaturada hansı düymələr qrupu yoxdur?
A) funksional
B) hesabi
C) əlifba-rəqəm
D) idarəetmə
E) rəqəm