1. Proqram təminatı nədir?
A) kompüter və kompüter şəbəkələrinin işini təmin edən proqramların məcmuyu
B) verilənləri emal etmək üçün vacib olan proqramların məcmuyu
C) müxtəlif funksional məsələləri həll etmək üçün istifadə olunan proqramlar
D) xüsusi məsələlrin həll olunması üçn nəzərdə tutulmuş proqramlar
E) kompüterin fayl və kataloqlarına xidmət edən proqramlar
2. Bunlardan hansı əməliyyat sistemi deyil?
A) Windows XP
B) Unix
C) Linux
D) MS DOS
E) OSI
3. Faylların arxivləşdirilməsi hansı proqramlar vasitəsilə həyata keçirilir?
A) mətn redaktoru
B) utilit
C) VBİS
D) örtük proqramları
E) inteqrallaşmış proqram paketləri
4. Fayl adın newgames666.exe hansı fayllar adı maskasına uyğun deyil?
A) *g?me*.*x*
B) *g?me*.?x?
C) *game?.*x?
D) *ga?e*.?x*
E) *game*.?x*
5. Hansı texniki xidmət proqramıdır?
A) utilitlər
B) əməliyyat sistemi
C) assembler
D) antivirus
E) test proqramları
6. Hansı xidməti proqram deyil?
A) arxivator
B) utilitlər
C) kompilyatorlar
D) antivirus
E) heç biri
7. Aşağıdakılardan hansı sistem proqram təminatına daxil deyil?
A) verilənlər bazası idarəetmə sistemi
B) əməliyyat sistemi
C) xidməti prqramlar
D) arxivatorlar
E) texniki xidmət proqramları
8. Sistem proqram təminatına daxildir:
1. əməliyyat sistemləri
2. utilitlər
3. redaktorlar
4. verilənlər bazaları
A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 2, 4
9. Xarici yaddaşda saxlanılan adlandırılmış verilənlər yığımı necə adlanır?
A) fayl
B) sahə
C) yazı
D) qovluq
E) kataloq
10. Virus proqramlarının tipləri hansılardır?
1. Yüklənmə
2. Revizorlar
3. Fayl
4. Detektor
5. Şəbəkə
A) 1, 3, 5
B) 1, 2, 4
C) 1, 2, 3
D) 1, 4, 5
E) 2, 3, 4