1. Xarici yaddaşda saxlanılan adlandırılmış verilənlər yığımı necə adlanır?
A) fayl
B) sahə
C) yazı
D) qovluq
E) kataloq
2. Arxiv fayllar üçün hansı genişlənmələrdən istifadə olunur:
1) .zip
2) . gif
3) .docx
4) .xlsx
5) .rar
A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 4, 5
E) 1, 5
3. Kompüterə proqramları quraşdıran proqram necə adlanır?
A) main.exe
B) main.com
C) setup.exe
D) index.htm
E) microsoft.com
4. Tətbiqi proqram təminatına daxildir:
1. fayl menecerləri
2. web-redaktorlar
3. antivirus proqramları
4. stolüstü nəşriyyat sistemləri
5. verilənlərin sıxılması vasitələri
A) 1, 2
B) 1, 3
C) 3, 5
D) 2, 4
E) 4, 5
5. Müxtəlif funksional məsələlərin həlli üçün nəzərdə tutulmuş proqramlar hansılardır?
A) əmliyyat sistemi
B) xidməti proqramlar
C) sistem proqramları
D) tətbiqi proqramlar
E) utilitlər
6. Hansı texniki xidmət proqramıdır?
A) utilitlər
B) əməliyyat sistemi
C) assembler
D) antivirus
E) test proqramları
7. Əməliyyat sisteminin qurğularla (printer, skaner, displey və s.) qarşılıqlı əlaqəsini təmin edən proqram adlanır:
A) kontroller
B) kompilyator
C) translyator
D) domen
E) drayver
8. Proqramlardan hansı MS Office-ə daxil deyil?
1. Winamp
3. Word
5. Access
7. Photoshop 2. Excel
4. Power Point
6. WordPad
8. Acrobat Reader
A) 1, 3, 5, 7
B) 2, 3, 4, 5
C) 1, 6, 7, 8
D) 2, 3, 5, 6
E) 5, 6, 7, 8
9. Şəbəkə proqram təminatının təyinatı nədir?
A) İnterfeysin imkanlarını genişləndirir
B) Şəbəkənin resurslarını idarə edir
C) Tətbiqi proqram paketi yaradır
D) Sistem proqram vasitəsi yaradır
E) Yeni proqram vasitələri yaradır
10. Sərt diskin işini optimallaşdırmaq və ona müraciətin sürətini artırmaq üçün nəzərdə tutulmuş utilit:
A) diskin yoxlanılması
B) faylların ehtiyata göndərilməsi və bərpa edilməsi
C) lazımsız faylların silinməsi
D) diskin defraqmentləşdirilməsi
E) diskin formatlaşdırılması