Yoxlama nəticələri

1. Aşağıdakı kod fraqmentində UNICODE ilə kodlaşdırılmış neçə müxtəlif simvol var?
1100110110011011101111001100110111001101100110110101100110111100

A) 4
B) 3
C) 5
D) 8
E) 6


2. "İnformatika" termini ilk dəfə nə vaxt, harada meydana çıxıb?
A) 1946-cı ildə ABŞ-da
B) XIX əsrdə Rusiyada
C) XX əsrin 60-cı illərində Fransada
D) IX əsrdə orta Asiyada
E) 1971-ci ildə Almaniyada


3. Hər nöqtəsi 8 rəng çalarına malik olan təsvirin aşağıdakı kod fraqmentində neçə müxtəlif rəng əks olunub?
101110011110010101001011

A) 2
B) 3
C) 4
D) 5
E) 8


4. Əgər bir sətirdə 64 simvol və hər vərəqdə 32 sətir varsa, 8 kB (kilobayt) ölçülü informasiya neçə səhifəyə yerləşər?
A) 256
B) 64
C) 16
D) 8
E) 4


5. Aşağıdakı mülahizələrdən hansı(lar) doğrudur?
1) High Color rejimindəki rəng sayı True Color rejimindəkinə nisbətən daha çoxdur.
2) Hər pikseli üçün bir bit informasiya tələb olunan təsvir ən çoxu iki rəngdən ibarət ola bilər.
3) Hər rəngin eyni sayda çaları olduğu sistemlərdən CMYK sistemi ilə kodlaşdırılan təsvir RGB sistemi ilə kodlaşdırılandan daha çox yaddaş tələb edir.

A) yalnız 1
B) 1 və 2
C) 2 və 3
D) yalnız 3
E) 1 və 3


6. Hansı variantda göstərilənlər 48 KB-a bərabərdir?
1. 48•210 bit
2. 3•214 bayt
3. 12•215 bit
4. 6•216 bayt

A) 1 və 2
B) 1 və 3
C) 2 və 3
D) 2 və 4
E) 1 və 4


7. Hansı(lar) informasiyanın fiziki mühafizə formasıdır?
1) verilən
2) kəmiyyət
3) parametr

A) yalnız 1
B) 1 və 2
C) yalnız 2
D) 2 və 3
E) 1 və 3


8. ... ədədin ... kodu onun ... koduna bərabər olur.
A) müsbət, xüsusi, mənfi
B) mənfi, əks, düz
C) müsbət, xüsusi, düz
D) mənfi, əks, əlavə
E) müsbət, düz, mənfi


9. Aşağıdakı kod fraqmentində ASCII ilə kodlaşdırılmış neçə simvol verilmişdir?
1100110110011011110011011011110001011001

A) 3
B) 4
C) 5
D) 6
E) 8


10. 215 ədədi kompüterin yaddaşında nə qədər tutar?
A) 215 bit
B) 15 bit
C) 2 bayt
D) 215 bayt
E) 15 bayt