Yoxlama nəticələri

1. Kitabı səhifələmək üçün 6913 dəfə rəqəmdən istifadə edilib. Kitab neçə səhifəlidir?
A) 2005
B) 2900
C) 2189
D) 2255
E) 2303


2. Su donduqda 10% genişlənir, 176m3 buz əridilərsə, neçə m3 su alınar?
A) 160
B) 170
C) 140
D) 166
E) 193,6


3. 9 eyni ölçülü metal puldan biri saxtadır (daha yüngüldür). Ən azı neçə dəfə qollu tərəzidə pulların çəkisini ölçmək lazımdır ki, saxta pulu müəyyən etmək mümkün olsun?
A) 4
B) 1
C) 3
D) 2
E) 5


4. 5 fəhlə günə 40 m2 divar hörərsə, neçə fəhlə günə 72 m2 divar hörər?
A) 8
B) 9
C) 10
D) 12
E) 16


5. İki qız və 4 oğlan bir sırada düzülməlidirlər. Qızlar yanaşı düşmək şərti ilə onlar neçə müxtəlif üsulla düzülə bilərlər?
A) 120
B) 180
C) 200
D) 220
E) 240


6. Bir top parçanın əvvəl 3/7 hissəsi, sonra da qalanının yarısı satılır. Topda 18 metr parça qaldığını bilərək, onda cəmi neçə metr parça olduğunu tapın.
A) 68
B) 63
C) 58
D) 52
E) 45


7. 6 evli cütlər arasında təsadüfən seçilmiş iki nəfərin ər-arvad olması ehtimalını tapın.
A) 1/11
B) 1/12
C) 6/11
D) 1/9
E) 1/6


8. 5 litrlik şirə bankası, 2 və 3 litrlik boş bankalar vardır. Boş bankalardan istifadə etməklə ən azı neçə dəfədən sonra 5 litrlik bankaya 4 litr şirə tökmək olar?
A) 1
B) 2
C) 3
D) 4
E) 5


9. 40 nəfərlik bir qrupda 12 nəfər A və B dillərini bilir. Qrupda 8 nəfər heç bir dili bilmirsə, yalnız bir dili bilən neçə nəfər vardır?
A) 8
B) 12
C) 20
D) 28
E) 32


10. Kərim hər saatda 20 dəqiqə irəli gedən qol saatını 12:20-də qurdu. Həqqi vaxt 20:50-ni göstərəndə Kərimin qol saatı neçəni göstərər?
A) 24:00
B) 1:10
C) 23:30
D) 22:20
E) 23:40