Yoxlama nəticələri

1. 5 fəhlə günə 40 m2 divar hörərsə, neçə fəhlə günə 72 m2 divar hörər?
A) 8
B) 9
C) 10
D) 12
E) 16


2. 5 litrlik şirə bankası, 2 və 3 litrlik boş bankalar vardır. Boş bankalardan istifadə etməklə ən azı neçə dəfədən sonra 5 litrlik bankaya 4 litr şirə tökmək olar?
A) 1
B) 2
C) 3
D) 4
E) 5


3. 6 evli cütlər arasında təsadüfən seçilmiş iki nəfərin ər-arvad olması ehtimalını tapın.
A) 1/11
B) 1/12
C) 6/11
D) 1/9
E) 1/6


4. İki qız və 4 oğlan bir sırada düzülməlidirlər. Qızlar yanaşı düşmək şərti ilə onlar neçə müxtəlif üsulla düzülə bilərlər?
A) 120
B) 180
C) 200
D) 220
E) 240


5. 40 nəfərlik bir qrupda 12 nəfər A və B dillərini bilir. Qrupda 8 nəfər heç bir dili bilmirsə, yalnız bir dili bilən neçə nəfər vardır?
A) 8
B) 12
C) 20
D) 28
E) 32


6. Kərim hər saatda 20 dəqiqə irəli gedən qol saatını 12:20-də qurdu. Həqqi vaxt 20:50-ni göstərəndə Kərimin qol saatı neçəni göstərər?
A) 24:00
B) 1:10
C) 23:30
D) 22:20
E) 23:40


7. Kitabı səhifələmək üçün 6913 dəfə rəqəmdən istifadə edilib. Kitab neçə səhifəlidir?
A) 2005
B) 2900
C) 2189
D) 2255
E) 2303


8. Su donduqda 10% genişlənir, 176m3 buz əridilərsə, neçə m3 su alınar?
A) 160
B) 170
C) 140
D) 166
E) 193,6


9. Bir top parçanın əvvəl 3/7 hissəsi, sonra da qalanının yarısı satılır. Topda 18 metr parça qaldığını bilərək, onda cəmi neçə metr parça olduğunu tapın.
A) 68
B) 63
C) 58
D) 52
E) 45


10. 9 eyni ölçülü metal puldan biri saxtadır (daha yüngüldür). Ən azı neçə dəfə qollu tərəzidə pulların çəkisini ölçmək lazımdır ki, saxta pulu müəyyən etmək mümkün olsun?
A) 4
B) 1
C) 3
D) 2
E) 5