Yoxlama nəticələri

1. Aşağıdakılardan hansılar rastr qrafikasına aiddir?
1.kamera və skannerlərdə istifadə olunur; 2.daha məhsuldar hesablama sistemi tələb edir; 3.daha böyük yaddaş tələb edir; 4.təsviri böyütdükdə keyfiyyət itkisi baş verir

A) 1, 2, 3
B) 1, 3, 4
C) yalnız 2, 3
D) yalnız 2, 4
E) yalnız 3, 4


2. Aşağıdakılardan hansı vektor əsaslı qrafiki redaktordur?
A) Painter
B) Adobe Photoshop
C) MS Paint
D) Xara Extreme
E) GİMP


3. Aşağıdakılardan hansılar vektor qrafikasına aiddir?
1.təsvirin saxlanılmasında formullardan istifadə; 2.təsviri böyütdükdə keyfiyyətin itməsi; 3.daha məhsuldar hesblama sistemi tələbi; 4.daha böyük yaddaş tələbi

A) 1, 2, 3
B) 2, 4
C) 3, 4
D) 1, 3
E) 2, 3, 4


4. Aşağıdakılardan hansı rastr qrafikasında fayl genişlənməsidir?
A) PNG
B) EPS
C) PDF
D) SVG
E) WMF


5. Doğru mülahizələri seçin.
1. Təsvirin detallarına baxmaq üçün onların böyüdülməsinin mümkünsüzlüyü vektor təsvirlərinin çatışmazlığıdır.
2. İnternet şəbəkəsində əsasən rastr təsvirləri tətbiq olunur.
3. Rastr qrafikada xətt nə qədər uzun olarsa, yaddaşda o qədər çox yer tutur.
4. İnternet şəbəkəsində yalnız vektor təsvirləri tətbiq olunur.
5. ArchiCAD – elektron qurğuların avtomatlaşdırılmış layihələndirilməsini həyata keçirən yeganə proqram paketidir.

A) 1, 2
B) 1, 4
C) 2, 3
D) 3, 5
E) 4, 5


6. Doğru mülahizələri seçin.
1. Vektor qrafikasında xətt nə qədər uzun olarsa, yaddaşda o qədər çox yer tutur.
2. Rastr qrafikasında xətt nə qədər uzun olarsa, yaddaşda o qədər çox yer tutur.
3. İnternet şəbəkəsində yalnz vektor təsvirləri tətbiq olunur.
4. Vektor qrafikasında xəttin tutduğu yaddaşın həcmi xəttin uzunluğundan asılıdır.
5. Təsvirin ölçülərinin böyüdülməsi zamanı keyfiyyətin kəskin şəkildə aşağı düşməsi rastr təsvirlərinin çatışmazlığıdır.

A) 2, 5
B) 1, 3
C) 2, 4
D) 1, 5
E) 3, 4


7. Aşağıdakılardan hansı Paint qrafik redaktorunun alətlər lentinə aid deyil?
A) Hiperbola
B) Ellips
C) Karandaş
D) Düz xətt
E) Düzbucaqlı


8. Qrafik redaktorun əsas funksiyası:
A) Təsvirləri yaratmaq və redaktə etmək
B) Mətnlərin və sənədlərin hazırlanması
C) Cədvəllərlə işləmək və verilənlər üzərində əməliyyat aparmaq
D) Sxemlərin daxil edilməsi və çapa verilməsi
E) Hesablmaların aparılması və çapa verilməsi


9. 640x480 piksel ölçülü bir təsvir 8 bit-lik RGB sistemində maksimum neçə kB informasiya daşıyır?
A) 300
B) 2400
C) 37,5
D) 7200
E) 900


10. Aşağıdakılar arasında uyğunluq müəyyən edin.
1. Rastr təsvirləri; 2. Vektor təsvirləri
I. daha məhsuldar hesablama sistemi tələb edir; II. Daha böyük yaddaş tələb edir

A) 1-I, 2-II
B) 1-II, 2-I
C) 1-I, 2-I, II
D) 1-I, 2-I, II
E) 2-I, II