1. Hansı mülahizə doğrudur?
1.Assembler - Assembli dilində yazılmış proqramı maşın koduna çevirir
2.İnterpretator- proqramı maşın koduna çevirir və kompüterin yaddaş qurğusunda tətbiqetmə fayl kimi saxlayır.
3.Kompilyator - proqramın icrası zamanı onun hər bir sətrini oxuyub maşın dilinə çevirir.
4.İnterpretator - proqramın icrası zamanı onun hər bir sətrini oxuyub maşın dilinə çevirir.
A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 1, 4
2. Kompüter və kompüter şəbəkələrinin işini hansı proqramlar təmin edir?
A) sistem proqramları
B) VBİS
C) ESİS
D) veb-brauzer
E) proqramlaşdırma proqram təminatı
3. Proqram təminatı nədir?
A) kompüter və kompüter şəbəkələrinin işini təmin edən proqramların məcmuyu
B) verilənləri emal etmək üçün vacib olan proqramların məcmuyu
C) müxtəlif funksional məsələləri həll etmək üçün istifadə olunan proqramlar
D) xüsusi məsələlrin həll olunması üçn nəzərdə tutulmuş proqramlar
E) kompüterin fayl və kataloqlarına xidmət edən proqramlar
4. Bunlardan hansı əməliyyat sistemi deyil?
A) Windows XP
B) Unix
C) Linux
D) MS DOS
E) OSI
5. Aşağıdakı proqramlardan hansı fayl və qovluqların disklərdə saxlanma strukturu üzrə funksiyaları həyata keçirir?
A) Microsoft Access 2010
B) Microsoft Excel 2010
C) Microsoft Outlook 2010
D) WinRar
E) Windows Explorer
6. Əməliyyat sisteminin qurğularla (printer, skaner, displey və s.) qarşılıqlı əlaqəsini təmin edən proqram adlanır:
A) kontroller
B) kompilyator
C) translyator
D) domen
E) drayver
7. Aşağıdakı proqramlardan hansılar sistem proqram təminatına aiddir?
1. Office 2010
3. QuarkXpress
5. MAC OS
7. Drayverlər
9. Corel Draw 2. Utilitlər
4. Lotus 1-2-3
6. UNIX
8. Adobe Illustrator
A) 1, 3, 4, 8
B) 2, 3, 8, 9
C) 1, 2, 6, 7
D) 2, 5, 6, 7
E) 3, 4, 7, 9
8. Proqram təminatı hansı hissələrdən ibarətdir?
1. Sistem PT; 2. Tətbiqi PT; 3. Xidməti proqrmlar; 4. Proqramlaşdırma PT; 5. Utilitlər
A) 1, 2, 3
B) 2, 4, 5
C) 1, 3, 5
D) 1, 2, 4
E) 3, 4, 5
9. Hansı proqram mətnlərinin tərcüməsi üçün istifadə olunur?
A) Paint
B) Excel
C) WordPad
D) Power Point
E) Prompt
10. Aşağıdakı proqramlardan hansılar sistem proqram təminatına aid deyil?
1. Access 2010
3. Quark Xpress
5. MAC OS
7. Drayverlər 2. Utilitlər
4. Lotus 1-2-3
6. LINUX
8. Adobe Reader
A) 1, 3, 4, 8
B) 1, 4, 6, 7
C) 2, 3, 5, 8
D) 2, 5, 6, 7
E) 3, 4, 5, 6