Yoxlama nəticələri

1. Klaviaturada hansı düymələr qrupu yoxdur?
A) funksional
B) hesabi
C) əlifba-rəqəm
D) idarəetmə
E) rəqəm


2. Daxili yaddaş qurğularına aiddir:
1. RAM
2. HDD
3. DVD
4. BIOS
5. FDD

A) 1, 5
B) 1, 4
C) 1, 3, 5
D) 2, 5
E) 2, 4, 5


3. 2-ci nəsil EHM-lərin element bazasını nə təşkil edirdi?
A) çox böyük inteqral sxemlər
B) yarımkeçirici tranzistorlar
C) elektron lampalar
D) mikroprosessorlar
E) böyük inteqral sxemlər


4. Aşağıdakılardan hansı kompüterin əsas qurğusu deyil?
A) monitor
B) klaviatura
C) modem
D) siçan
E) sistem bloku


5. Aşağıdakı ardıcıllıqlardan hansı doğrudur?
A) Əməli yaddaş > Prosessor > L1 keş > L2 keş
B) Prosessor > L1 keş > Əməli yaddaş > L2 keş
C) Əməli yaddaş > L1 keş > L2 keş > Prosessor
D) Əməli yaddaş > L2 keş > L1 keş > Prosessor
E) L1 keş > L2 keş > Əməli yaddaş > Prosessor


6. ... idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla birləşdirir.
A) kontroller
B) drayver
C) port
D) interfeys
E) şin


7. Hansılar sistem blokunun növləridir?
I. AT; II. CRT; III. İSA; IV. ATX

A) I, II
B) II, III
C) III, IV
D) II, IV
E) I, IV


8. Prosessor hansı hissələrdən ibarətdir?
A) Hesab-məntiq qurğusu, idarəetmə qurğusu
B) Hesab-məntiq qurğusu, idarəetmə qurğusu, daxili yaddaş
C) Hesab-məntiq qurğusu, giriş-çıxış qurğusu, idarəetmə qurğusu
D) Hesab qurğusu, məntiq qurğusu, idarəetmə qurğusu
E) Hesab-məntiq qurğusu, idarəetmə qurğusu, daimi yaddaş


9. Düzgün variantları seçin.
1. Yaddaş daxili və xarici olmaqla iki yerə bölünür.
2. Sistem şini prosessorla yaddaş və periferiya qurğularını əlaqələndirir.
3. Çevik disk 1,44 kbayt yaddaşa malikdir.
4. CMOS əməli yaddaşın daxilində yerləşir.
5. Prosessor hesab və məntiq əməliyyatlarını yerinə yetirir.

A) 1, 2, 3
B) 2, 3, 4
C) 1, 2, 5
D) 2, 4, 5
E) 1, 3, 4


10. Uyğunluğu müəyyən edin:
1. Xarici yaddaş qurğuları
2. Giriş qurğuları
3. Daxili yaddaş qurğuları
a. klaviatura, maus
b. əməli yaddaş, daimi yaddaş qurğusu
c. monitor, səsucaldan
d. printer, plotter
e. CD-ROM, DVD-RW

A) 1 – e; 2 – a; 3 – b
B) 1 – c; 2 – a; 3 – b
C) 1 – d; 2 – a; 3 – b
D) 1 – e; 2 – c; 3 – a
E) 1 – d; 2 – c; 3 – e