Yoxlama nəticələri

1. Aşağıdakı proqram nəyi hesablayır?
s = 0
for i in range (a, b+1):
   x = i % 3
   if x == 0:
       s = s + 1
print(s)

A) a-dan (b+1)-ə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin sayını
B) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünən ədədlərin sayını
C) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin cəmini
D) a-dan (b+1)-ə qədər ədədlər içərisində 3-ə bölünən ədədlərin cəmini
E) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin sayını


2. Aşağıdakı kod fraqmentinin hansı sətrində səhv var?
if a > b :
   a = a – b
else :
   b = b – a

A) 1
B) 2
C) 3
D) 4
E) Heç biri


3. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 374
s = 0
while n >= 1:
   a = n % 10
   n = n // 10
   s = s + a    
print(s)

A) 14
B) 3
C) 4
D) 0 (sıfır)
E) 1


4. Aşağıdakı kod fraqmentinin hansı sətrində səhv var?
if a > b :
   a = a – b
   else :
   b = b – a

A) 1
B) 2
C) 3
D) 4
E) Heç biri


5. Aşağıdakı proqram fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
i = 1
while i <= 4:
   i = i + 1
print(i*2, end = “ “ )

A) 5
B) 10
C) 2 4 6 8 10
D) 2 4 6 8
E) 8


6. Süni intellekt sahəsində tətbiq olunan xüsusi təyinatlı dil hansıdır?
A) Python
B) Java
C) Cobol
D) Fortran
E) Lisp


7. Aşağıdakı proqram fraqmentində dövrün gövdəsi neçə dəfə təkrar olunacaq?
i = 1
while i <= 4:
   print(i*2)
i = i + 1

A) olunmayacaq
B) 1
C) 2
D) 4
E) sonsuz sayda


8. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə nə olacaq?
s = 0
for i in range (2, 10):
   x = i % 3
   if x == 0:
       s = s + i
print(s)

A) 2 5 8
B) 6
C) 18
D) 3
E) 3 6 9


9. Aşağıdakı proqram nəyi hesablayır?
s = 0
while n >= 1:
   a = n % 10
   n = n // 10
   s = s + a    
print(s)

A) iki ikirəqəmli ədədin cəmini
B) istənilən iki ədədin cəmini
C) istənilən ədədin rəqəmlər cəmini
D) ikirəqəmli ədədin rəqəmlər cəmini
E) ədədin 10-a bölünməsindən alınan qalığı


10. Aşağıdakı kod fraqmentinin hansı sətrində səhv var?
if a = b :
   a = a – b
else :
   b = b + a

A) 1
B) 2
C) 3
D) 4
E) Heç biri