Yoxlama nəticələri

1. Z-1 hansı nəsil kompüterlərə aiddir?
A) I
B) II
C) III
D) IV
E) heç biri


2. Proqramla idarə olunan ilk kompüterin ixtiraçısı kimdir?
A) K.Şennon
B) K.Zuse
C) C.F.Neyman
D) A.Turinq
E) Ç.Bebbiç


3. Element bazası İS olan kompüterlərdə nəticələr hansı qurğu vasitəsilə çıxışa verilirdi?
A) perfokart
B) printer
C) monitor
D) strimmer
E) plotter


4. Aşağıdakı uyğunluğu müəyyən edin.
1. İlk ticari kompüter; 2. İlk fərdi kompüter
I) I nəsil; II) II nəsil; III) III nəsil; IV) IV nəsil

A) 1-I, 2-III
B) 1-IV, 2-IV
C) 2-II, 1-III
D) 1-II, 2-III
E) 1-I, 2-IV


5. "Maşın dili"ndən ilk dəfə hansı nəsil kompüterlərdə istifadə olunub?
A) I
B) II
C) III
D) IV
E) heç biri


6. Hansı kompüterlərdən eyni vaxtda minlərlə istifadəçi istifadə edə bilər?
I superkompüter; II mainframe; III network; IV palmtop

A) I, III
B) II, IV
C) III, IV
D) I, II
E) II, III


7. İlk ticari kompüter hansı nəslə aid idi?
A) I
B) II
C) III
D) IV
E) V


8. İlk dəfə hansı nəsil kompüterlərdə əməliyyat sistemi tətbiq olunmuşdur?
A) IV
B) II
C) I
D) III
E) heç biri


9. Geniş auditoriya üçün nəzərdə tutulmuş ilk kompüterlərin element bazası nə idi?
A) Vakuum lampa
B) BİS
C) Rele
D) İS
E) Tranzistor


10. İlk dəfə hansı nəsil kompüterlərdə klaviaturadan istifadə olunub?

A) I
B) II
C) III
D) IV
E) V