Yoxlama nəticələri

1. 2-ci nəsil EHM-lərin element bazasını nə təşkil edirdi?
A) çox böyük inteqral sxemlər
B) yarımkeçirici tranzistorlar
C) elektron lampalar
D) mikroprosessorlar
E) böyük inteqral sxemlər


2. 1B,0C16 ədədi 8-lik say sistemində neçədir?
A) 33,03
B) 27,012
C) 19,02
D) 32,02
E) 42,03


3. Arxiv fayllar üçün hansı genişlənmələrdən istifadə olunur:
1) .zip
2) . gif
3) .docx
4) .xlsx
5) .rar

A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 4, 5
E) 1, 5


4. 16384 bit/san sürətlə internetə qoşulan modem 15 saniyədə ən çoxu nə qədər informasiya yükləyə (ötürə) bilər?
A) 50 kB
B) 25 kB
C) 40 kB
D) 35 kB
E) 30 kB


5. MS Excel-də cədvəldə sətirlərin sayı 2x-dir. x-in qiyməti neçədir?
Sizin cavabınız:
Doğru cavab: 20


6. Slaydın mətnində böyük və kiçik hərflərin işlənmə qaydası necə müəyyən edilir?
A) Файл >Шрифт (File>Font)
B) Главная>Шрифт (Home>Font)
C) Вид >Шрифт (View >Font)
D) Дизайн >Шрифт (Design >Font)
E) Вставка >Шрифт (Insert>Font)


7. Sənədin avtosurəti hansı genişlənmə ilə saxlanılır?
A) *.dot
B) *.tmp
C) *.doc
D) *.wbk
E) *.ptt


8. Kompüterin əsas xarakteristikalarını müəyyən edin.
1. Hesablama dəqiqliyi
2. Rəng imkanları
3. Əmrlər sistemi
4. Yaddaş tutumu
5. Ölçüsü
6. Kadrların yeniləşmə tezliyi
7. İş etibarlılığı

A) 1, 3, 5, 6
B) 1, 2, 4, 7
C) 2, 4, 6, 7
D) 1, 3, 4, 7
E) 3, 4, 5, 6


9. MS Word-də “Save as...” (Сохранить как...) əmrinin köməyi ilə nəyi dəyişmək olmaz?
A) Faylın adını
B) Faylın tipini
C) Sənədin səhifə parametrlərini
D) Faylın yerləşdiyi qovluğu
E) Sənədə qoyulmuş şifrəni


10. Filtr (və ya keşikçi) tip antivirus proqramlarının əsas funksiyası nədir?
A) Əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir
B) Virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir
C) Kataloqların, proqramların, sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir
D) İcra olunan proqram fayllarına, rezident proqramların yerləşdirilməsinə, diskin yükləyici sektoruna nəzarət edir, təhlükəli əməliyyatları izləyir
E) Vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır


11. Sistem proqram təminatının əsas funksiyası:
A) Kompyuterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək
B) İnformasiyanın mübadiləsini həyata keçirmək
C) Kompyuter ilə istifadəçi arasında dialoq yaratmaq
D) Müəyyən sinif məsələlərin həllini təşkil etmək
E) Kompyuterin işini və informasiya emalı prosesini idarə etmək


12. Periferiya qurğuları hansılardır?
A) printer, plotter, skaner
B) monitor, əməli yaddaş, mikroprosessor
C) mikroprosessor, printer, plotter
D) klaviatura, əməli yaddas, monitor
E) HUB, disket, skaner


13. Fayl və ya qovluğu necə açmaq olar?
A) Lazım olan nişanın altında olan yazı üzərində mausun sağ düyməsini basmaqla
B) Lazım olan nişanın üzərində mausun sol düyməsini iki dəfə basmaqla
C) Lazım olan nişanın üzərində mausun sağ düyməsini basmaqla
D) Lazım olan nişanın altında olan yazı üzərində mausun sol düyməsini basmaqla
E) Klaviaturanın Ctrl+E düymələrinin kombinasıyasından istifadə etməklə


14. Süni intellektin əsas tədqiqat istiqaməti olub, ekspert sistemlərin nüvəsini təşkil edən biliklərin təqdimedilmə modellərinin hazırlanması və biliklər bazasının yaradılması ilə bağlı olan sistem hansıdır?
A) Biliklərə əsaslanan sistemlər
B) Təbii dilin emalı
C) Maşın tərcüməsi
D) Obrazların tanınması
E) Maşın təlimi


15. Birinci nəsil kompüterlərin element bazası nə idi?
A) Böyük inteqral sxemlər
B) Mikroelektronika elementləri və inteqral sxemlər
C) Çox böyük inteqral sxemlər
D) Elektron lampalar
E) Yarımkeçiricilər


16. a=5, b=3 olduqda, alqortimin son nəticəsi neçə olar?


A) 15
B) 18
C) 20
D) 22
E) 17


17. UNICODE ilə kodlaşdırılmış 60 səhifəlik kitabın hər səhifəsində 24 sətir, hər sətirdə 64 simvol varsa, həmin kitab kompüterin yaddaında nə qədər yer tutar?
A) 180
B) 96
C) 192
D) 144
E) 128


18. Sənayedə uzunmüddətli proqnozların hazırlanmasında hansı informasiya sistemlərindən istifadə olunur?
A) İnformasiya və ölçü sistemləri
B) İnformasiya əldəetmə sistemləri
C) Ekspert sistemləri
D) Avtomatlaşdırılmış idarəetmə sistemləri
E) Sənədlərin idarəedilməsi sistemləri


19. 16-lıq say sistemində neçə hərfdən istifadə olunur?
A) 16
B) 10
C) 6
D) 5
E) sonsuz sayda


20. Hansı teq mətni tərtibdə yazmağa imkan verir?
A) <sub>
B) <p>
C) <b>
D) <sup>
E) <i>


21. Say sisteminin əsası nədir?
A) Say sisteminin ən böyük rəqəmi
B) Say sisteminin ən kiçik rəqəmi
C) Say sisteminin rəqəmləri cəmi
D) Say sistemində iştirak edən rəqəmlərin sayı
E) Say sisteminin rəqəmlərinin ədədi ortası


22. Klaviaturada Ctrl+Enter düymələr kombinasiyasını basdıqda nə baş verir (MS Word 2010)?
A) Yeni sətrə keçid
B) Manual Line Break (Принудительный конец строки/Sətrin əllə kəsilməsi) simvolu daxil edilir
C) Bütöv mətn seçilir
D) Yeni səhifəyə keçid
E) Yeni abzasa keçid


23. Doğru mülahizəni seçin.
1. Sezar şifri asimmetrik şifrləməyə aiddir
2. Sezar açıq açarlı şifrləməyə aiddir
3. Sezar şifri gizli açarlı şifrləməyə aiddir

A) yalnız 1
B) 1 və 2
C) yalnız 2
D) 2 və 3
E) yalnız 3


24. RS-triggerdə R = 1, S = 0 olarsa, Q çıxışının qiyməti nəyə bərabər olar?
A) sadəcə, bit saxlanar
B) 1 (TRUE)
C) 0 (FALSE)
D) bu hal qadağandır
E) heç biri


25. Word 2010 mətn prosessorunun aşağıdakı hansı görünüş rejimində üfüqi xətkeş görünmür?
1. Print Layout (Разметка Страницы/Çap tərtibatı)
2. Outline (Структура/Struktur)
3. Web Layout (Веб-документ/Veb Düzəni)
4. Full Screen Reading (Режим чтения/Tam ekran oxuması)
5. Draft (Черновик/Qaralama)

A) 1, 2, 5
B) 3, 4
C) 1, 3, 5
D) 2, 4
E) 2, 3