Yoxlama nəticələri

1. Tətbiqi proqram təminatına daxildir:
1. fayl menecerləri
2. web-redaktorlar
3. antivirus proqramları
4. stolüstü nəşriyyat sistemləri
5. verilənlərin sıxılması vasitələri

A) 1, 2
B) 1, 3
C) 3, 5
D) 2, 4
E) 4, 5


2. Proqram təminatı nədir?
A) kompüter və kompüter şəbəkələrinin işini təmin edən proqramların məcmuyu
B) verilənləri emal etmək üçün vacib olan proqramların məcmuyu
C) müxtəlif funksional məsələləri həll etmək üçün istifadə olunan proqramlar
D) xüsusi məsələlrin həll olunması üçn nəzərdə tutulmuş proqramlar
E) kompüterin fayl və kataloqlarına xidmət edən proqramlar


3. Hansı xidməti proqram deyil?
A) arxivator
B) utilitlər
C) kompilyatorlar
D) antivirus
E) heç biri


4. Proqramın ilkin mətnini maşın koduna çevirən xüsusi proqram necə adlanır?
A) modifikator
B) translyator
C) konvertor
D) kodifikator
E) əlaqə redaktoru


5. Hər hansı bir kataloqda paper.txt faylı saxlanılmışdır. Həmin faylı bu kataloqda yaradılmış altkataloqa daşıdıqdan sonra faylın tam adı C:\SEKTOR\USER\TXT\REF\paper.txt oldu. Yerdəyişməyə qədər faylın saxlanıldığı kataloqun tam yolu necə idi?
A) C:\SEKTOR\USER\TXT\REF
B) REF
C) TXT
D) C:\SEKTOR\USER\ REF
E) C:\SEKTOR\USER\TXT


6. Kompüterə quraşdırılmış (instalyasiya olunmuş) bütün proqramlar toplusu necə adlanır?
A) əməliyyat sistemi
B) drayverlər
C) xidməti proqramlar
D) proqram təminatı
E) tətbiqi proqramlar


7. Müxtəlif funksional məsələlərin həlli üçün nəzərdə tutulmuş proqramlar hansılardır?
A) əmliyyat sistemi
B) xidməti proqramlar
C) sistem proqramları
D) tətbiqi proqramlar
E) utilitlər


8. Aşağıdakı proqramlardan hansı fayl və qovluqların disklərdə saxlanma strukturu üzrə funksiyaları həyata keçirir?
A) Microsoft Access 2010
B) Microsoft Excel 2010
C) Microsoft Outlook 2010
D) WinRar
E) Windows Explorer


9. Aşağıdakı proqramlardan hansılar sistem proqram təminatına aid deyil?
1. Access 2010
3. Quark Xpress
5. MAC OS
7. Drayverlər
2. Utilitlər
4. Lotus 1-2-3
6. LINUX
8. Adobe Reader

A) 1, 3, 4, 8
B) 1, 4, 6, 7
C) 2, 3, 5, 8
D) 2, 5, 6, 7
E) 3, 4, 5, 6


10. Aşağıda göstərilən proqramlardan hansı MS Office paketinə daxil deyil?
A) Word
B) Excel
C) Paint
D) Access
E) PowerPoint