1. Uyğunluğu müəyyən edin:
1. Xarici yaddaş qurğuları
2. Giriş qurğuları
3. Daxili yaddaş qurğularıa. klaviatura, maus
b. əməli yaddaş, daimi yaddaş qurğusu
c. monitor, səsucaldan
d. printer, plotter
e. CD-ROM, DVD-RW
A) 1 – e; 2 – a; 3 – b
B) 1 – c; 2 – a; 3 – b
C) 1 – d; 2 – a; 3 – b
D) 1 – e; 2 – c; 3 – a
E) 1 – d; 2 – c; 3 – e
2. Prosessorun əsas parametrləri hansılardır?
1.Kadrların əks olunma tezliyi
2.Müdafiə dərəcəsi
3.Takt tezliyi
4.Keş yaddaşın tutumu
5.Diaqonal üzrə ölçüsü
6.Mərtəbəliliyi
7.İşçi gərginliyi
8.Piksellərin (nöqtələrin) sayı
A) 1, 2, 5, 8
B) 2, 3, 4, 6
C) 3, 4, 6, 7
D) 3, 4, 5, 6
E) 1, 3, 4, 6
3. Aşağıdakı ardıcıllıqlardan hansı doğrudur?
A) Əməli yaddaş > Prosessor > L1 keş > L2 keş
B) Prosessor > L1 keş > Əməli yaddaş > L2 keş
C) Əməli yaddaş > L1 keş > L2 keş > Prosessor
D) Əməli yaddaş > L2 keş > L1 keş > Prosessor
E) L1 keş > L2 keş > Əməli yaddaş > Prosessor
4. Aşağıdakı yaddaş qurğularnı tutumuna görə kiçikdən böyüyə doğru düzün:
I. HD; II.CD; III.Flash card; IV.Floppy disc; V.DVD
A) I>II>III>IV>V
B) IV>II>V>III>I
C) IV>III>II>V>I
D) II>V>IV>III>I
E) IV>I>III>II>V
5. Fərdi kompüterlərdə ötürülən siqnallar:
A) diskretdir
B) kəsilməzdir
C) qismən diskretdir
D) qismən kəsilməzdir
E) həm diskretdir, həm də kəsilməzdir
6. Düzgün variantları seçin.
1. Yaddaş daxili və xarici olmaqla iki yerə bölünür.
2. Sistem şini prosessorla yaddaş və periferiya qurğularını əlaqələndirir.
3. Çevik disk 1,44 kbayt yaddaşa malikdir.
4. CMOS əməli yaddaşın daxilində yerləşir.
5. Prosessor hesab və məntiq əməliyyatlarını yerinə yetirir.
A) 1, 2, 3
B) 2, 3, 4
C) 1, 2, 5
D) 2, 4, 5
E) 1, 3, 4
7. ... qurğuların, proqramların və insanın qarşılıqlı əlaqəsini təmin edən vasitələr və qaydalar çoxluğudur.
A) kontroller
B) port
C) şin
D) interfeys
E) drayver
8. Aşağıdakılardan hansı kompüterin əsas qurğusu deyil?
A) monitor
B) klaviatura
C) modem
D) siçan
E) sistem bloku
9. ... idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla birləşdirir.
A) kontroller
B) drayver
C) port
D) interfeys
E) şin
10. Aşağıdakılardan hansılar maqnit diskdir?
I. CD; II. Flash; III. DVD; IV. Floppy; V. Harddisk
A) I, III
B) II, IV
C) I, II
D) IV, V
E) III, V