Yoxlama nəticələri

1. Sərt diskin işini optimallaşdırmaq və ona müraciətin sürətini artırmaq üçün nəzərdə tutulmuş utilit:
A) diskin yoxlanılması
B) faylların ehtiyata göndərilməsi və bərpa edilməsi
C) lazımsız faylların silinməsi
D) diskin defraqmentləşdirilməsi
E) diskin formatlaşdırılması


2. Hansı xidməti proqram deyil?
A) arxivator
B) utilitlər
C) kompilyatorlar
D) antivirus
E) heç biri


3. Aşağıdakı proqramlardan hansı MS Office-ə daxil deyil?
A) Excel
B) Power Point
C) Winamp
D) Word
E) Access


4. Hansı mülahizə doğrudur?
1.Assembler - Assembli dilində yazılmış proqramı maşın koduna çevirir
2.İnterpretator- proqramı maşın koduna çevirir və kompüterin yaddaş qurğusunda tətbiqetmə fayl kimi saxlayır.
3.Kompilyator - proqramın icrası zamanı onun hər bir sətrini oxuyub maşın dilinə çevirir.
4.İnterpretator - proqramın icrası zamanı onun hər bir sətrini oxuyub maşın dilinə çevirir.

A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 1, 4


5. Şəbəkə proqram təminatının təyinatı nədir?
A) İnterfeysin imkanlarını genişləndirir
B) Şəbəkənin resurslarını idarə edir
C) Tətbiqi proqram paketi yaradır
D) Sistem proqram vasitəsi yaradır
E) Yeni proqram vasitələri yaradır


6. Aşağıdakılardan hansı sistem proqram təminatına daxil deyil?
A) verilənlər bazası idarəetmə sistemi
B) əməliyyat sistemi
C) xidməti prqramlar
D) arxivatorlar
E) texniki xidmət proqramları


7. Sistem proqram təminatına daxildir:
1. əməliyyat sistemləri
2. utilitlər
3. redaktorlar
4. verilənlər bazaları

A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 2, 4


8. Kompüter və kompüter şəbəkələrinin işini hansı proqramlar təmin edir?
A) sistem proqramları
B) VBİS
C) ESİS
D) veb-brauzer
E) proqramlaşdırma proqram təminatı


9. Aşağıdakılardan hansı səs falyının genişlənməsidir?
A) *.ogg
B) *.odp
C) *.odt
D) *.bmp
E) *.mdb


10. Faylların arxivləşdirilməsi hansı proqramlar vasitəsilə həyata keçirilir?
A) mətn redaktoru
B) utilit
C) VBİS
D) örtük proqramları
E) inteqrallaşmış proqram paketləri