Yoxlama nəticələri

1. Aşağıdakı proqramlardan hansılar sistem proqram təminatına aid deyil?
1. Access 2010
3. Quark Xpress
5. MAC OS
7. Drayverlər
2. Utilitlər
4. Lotus 1-2-3
6. LINUX
8. Adobe Reader

A) 1, 3, 4, 8
B) 1, 4, 6, 7
C) 2, 3, 5, 8
D) 2, 5, 6, 7
E) 3, 4, 5, 6


2. Disklərə xidməti hansı proqramlar həyata keçirir?
A) texniki xidmət proqramları
B) kompilyator
C) utilit
D) örtük proqramları
E) əməliyyat sistemi


3. Xidməti (Servis) proqramların funksiyasına aiddir:
A) Proqram mətnlərini maşın koduna çevirmək
B) Əməliyyat sisteminin imkanlarını genişləndirmək
C) Kompyuterin işini idarə etmək, istifadəçi ilə kompyuter arasında dialoq yaratmaq
D) Kompyuterin periferik qurğuları ilə əməliyyat sistemini əlaqələndirmək
E) Yeni proqram vasitələri yaratmaq


4. Fayl adın newgames666.exe hansı fayllar adı maskasına uyğun deyil?
A) *g?me*.*x*
B) *g?me*.?x?
C) *game?.*x?
D) *ga?e*.?x*
E) *game*.?x*


5. Müxtəlif funksional məsələlərin həlli üçün nəzərdə tutulmuş proqramlar hansılardır?
A) əmliyyat sistemi
B) xidməti proqramlar
C) sistem proqramları
D) tətbiqi proqramlar
E) utilitlər


6. Kompüterə quraşdırılmış (instalyasiya olunmuş) bütün proqramlar toplusu necə adlanır?
A) əməliyyat sistemi
B) drayverlər
C) xidməti proqramlar
D) proqram təminatı
E) tətbiqi proqramlar


7. Kompüterə proqramları quraşdıran proqram necə adlanır?
A) main.exe
B) main.com
C) setup.exe
D) index.htm
E) microsoft.com


8. Aşağıda göstərilən proqramlardan hansı MS Office paketinə daxil deyil?
A) Word
B) Excel
C) Paint
D) Access
E) PowerPoint


9. Sərt diskin işini optimallaşdırmaq və ona müraciətin sürətini artırmaq üçün nəzərdə tutulmuş utilit:
A) diskin yoxlanılması
B) faylların ehtiyata göndərilməsi və bərpa edilməsi
C) lazımsız faylların silinməsi
D) diskin defraqmentləşdirilməsi
E) diskin formatlaşdırılması


10. Kompüter və kompüter şəbəkələrinin işini hansı proqramlar təmin edir?
A) sistem proqramları
B) VBİS
C) ESİS
D) veb-brauzer
E) proqramlaşdırma proqram təminatı