Yoxlama nəticələri

1. Aşağıdakılardan hansı mətn prosessoru deyil?
A) Word Pad
B) Informix
C) Lexicon 2.0
D) MS Word 2000
E) Ami Pro 3.1


2. Aşağıda göstərilən proqramlardan hansı MS Office paketinə daxil deyil?
A) Word
B) Excel
C) Paint
D) Access
E) PowerPoint


3. Arxiv fayllar üçün hansı genişlənmələrdən istifadə olunur:
1) .zip
2) . gif
3) .docx
4) .xlsx
5) .rar

A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 4, 5
E) 1, 5


4. Xarici yaddaşda saxlanılan adlandırılmış verilənlər yığımı necə adlanır?
A) fayl
B) sahə
C) yazı
D) qovluq
E) kataloq


5. Aşağıdakı proqramlardan hansı MS Office-ə daxil deyil?
A) Excel
B) Power Point
C) Winamp
D) Word
E) Access


6. Aşağıdakılardan hansılar tətbiqi proqramlar paketinə daxil deyil?
1. elektron cədvəl; 2. VBİS; 3. ekspert və süni intekllekt sistemləri; 4. örtüklər; 5. test proqramları

A) 1, 2, 4
B) 2, 3, 5
C) 4, 5
D) 1, 4
E) 1, 2, 3


7. Hansı mülahizə doğrudur?
1.Assembler - Assembli dilində yazılmış proqramı maşın koduna çevirir
2.İnterpretator- proqramı maşın koduna çevirir və kompüterin yaddaş qurğusunda tətbiqetmə fayl kimi saxlayır.
3.Kompilyator - proqramın icrası zamanı onun hər bir sətrini oxuyub maşın dilinə çevirir.
4.İnterpretator - proqramın icrası zamanı onun hər bir sətrini oxuyub maşın dilinə çevirir.

A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 1, 4


8. Müxtəlif rejim və formalarda faylların çapı hansı proqramlar vasitəsilə həyata keçirilir?
A) mətn prosessoru
B) elektron cədvəl prosessoru
C) əməliyyat sistemi
D) utilit
E) interpretator


9. Fayl adın newgames666.exe hansı fayllar adı maskasına uyğun deyil?
A) *g?me*.*x*
B) *g?me*.?x?
C) *game?.*x?
D) *ga?e*.?x*
E) *game*.?x*


10. Kompüterə quraşdırılmış (instalyasiya olunmuş) bütün proqramlar toplusu necə adlanır?
A) əməliyyat sistemi
B) drayverlər
C) xidməti proqramlar
D) proqram təminatı
E) tətbiqi proqramlar