Yoxlama nəticələri

1. Aşağıdakılardan hansılar maqnit diskdir?
I. CD; II. Flash; III. DVD; IV. Floppy; V. Harddisk

A) I, III
B) II, IV
C) I, II
D) IV, V
E) III, V


2. Klaviaturada hansı düymələr qrupu yoxdur?
A) funksional
B) hesabi
C) əlifba-rəqəm
D) idarəetmə
E) rəqəm


3. Prosessorun əsas parametrləri hansılardır?
1.Kadrların əks olunma tezliyi
2.Müdafiə dərəcəsi
3.Takt tezliyi
4.Keş yaddaşın tutumu
5.Diaqonal üzrə ölçüsü
6.Mərtəbəliliyi
7.İşçi gərginliyi
8.Piksellərin (nöqtələrin) sayı

A) 1, 2, 5, 8
B) 2, 3, 4, 6
C) 3, 4, 6, 7
D) 3, 4, 5, 6
E) 1, 3, 4, 6


4. Hansılar sistem blokunun növləridir?
I. AT; II. CRT; III. İSA; IV. ATX

A) I, II
B) II, III
C) III, IV
D) II, IV
E) I, IV


5.
1. Xarici yaddaş qurğuları
2. Giriş qurğuları
3. Daxili yaddaş qurğuları
a. monitor, printer
b. əməli yaddaş, daimi yaddaş qurğusu
c. skaner, coystik
d. klaviatura, mikrofon
e. sərt disk, kompakt disk

A) 1 – a; 2 – e; 3 – b
B) 1 – d; 2 – a; 3 – b
C) 1 – e; 2 – c; 3 – d
D) 1 – d; 2 – a; 3 – c
E) 1 – e; 2 – a; 3 – b


6. Böyük həcmdə informasiyanı saxlayan yaddaş qurğusu hansıdır?
A) digitayzer
B) kontroller
C) plotter
D) strimer
E) skaner


7. ... idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla birləşdirir.
A) kontroller
B) drayver
C) port
D) interfeys
E) şin


8. Aşağıdakı yaddaş qurğularnı tutumuna görə kiçikdən böyüyə doğru düzün:
I. HD; II.CD; III.Flash card; IV.Floppy disc; V.DVD

A) I>II>III>IV>V
B) IV>II>V>III>I
C) IV>III>II>V>I
D) II>V>IV>III>I
E) IV>I>III>II>V


9. Aşağıdakı printerlərdən hansılar zərbəlidir?
I. dot matrix; II. laser-jet; III. ink-jet

A) yalnız II
B) I və II
C) yalnız III
D) II və III
E) yalnız I


10. Aşağıdakılardan hansı kompüterin əsas qurğusu deyil?
A) monitor
B) klaviatura
C) modem
D) siçan
E) sistem bloku