Yoxlama nəticələri

1. Bütün kompüterlərə məxsus olmayan vasitələri göstərin:
A) BIOS
B) Proqram təminatı
C) Xüsusi periferiya qurğuları
D) Texniki təminat
E) Drayverlər


2. ... qurğuların, proqramların və insanın qarşılıqlı əlaqəsini təmin edən vasitələr və qaydalar çoxluğudur.
A) kontroller
B) port
C) şin
D) interfeys
E) drayver


3. Böyük həcmdə informasiyanı saxlayan yaddaş qurğusu hansıdır?
A) digitayzer
B) kontroller
C) plotter
D) strimer
E) skaner


4. Aşağıdakılardan hansılar optik diskdir?
I. Floppy disk; II. CD; III. Harddisc; IV. DVD; V. Zip disk

A) I, II
B) III, IV
C) I, V
D) III, V
E) II, IV


5. Hansı tip monitorlarda arxa işıqlandırma lampası istifadə olunur?
I. CRT (elektron şüa borusu); II. LCD (maye kristal displey); III. Plazma

A) yalnız II
B) I, II
C) yalnız I
D) II, III
E) yalnız III


6. Hansı qurğular kompüterə port vasitəsilə qoşulmur?
A) monitor, printer
B) kamera, proyektor
C) klaviatura, printer
D) harddisk, RAM
E) printer, flash kard


7. Aşağıdakı printerlərdən hansılar zərbəlidir?
I. dot matrix; II. laser-jet; III. ink-jet

A) yalnız II
B) I və II
C) yalnız III
D) II və III
E) yalnız I


8. Uyğunluğu müəyyən edin:
1. Xarici yaddaş qurğuları
2. Giriş qurğuları
3. Daxili yaddaş qurğuları
a. klaviatura, maus
b. əməli yaddaş, daimi yaddaş qurğusu
c. monitor, səsucaldan
d. printer, plotter
e. CD-ROM, DVD-RW

A) 1 – e; 2 – a; 3 – b
B) 1 – c; 2 – a; 3 – b
C) 1 – d; 2 – a; 3 – b
D) 1 – e; 2 – c; 3 – a
E) 1 – d; 2 – c; 3 – e


9. 2-ci nəsil EHM-lərin element bazasını nə təşkil edirdi?
A) çox böyük inteqral sxemlər
B) yarımkeçirici tranzistorlar
C) elektron lampalar
D) mikroprosessorlar
E) böyük inteqral sxemlər


10. Hansı doğrudur?
“Kompyuter ... istifadə oluna bilər”.
1. prosessorsuz
2. daxili yaddaşsız
3. printersiz
4. CD ROM-suz

A) 1, 2
B) 3, 4
C) 1, 3
D) 1, 4
E) yalnız 2