1. Verilənlər bazasında yazılar harada yerləşdirilə bilər?
A) Yalnız xanalarda
B) Sütunlarda
C) Domenlərdə
D) Cədvəllərdə
E) Sətirlərdə
2. Verilənlər bazası nəzəriyyəsində yazı anlayışı nəyi bildirir?
A) Cədvəlin sütununu
B) Sütun başlıqlarını
C) Cədvəli
D) Cədvəlin sətrini
E) Açarı
3. Əsas açar (primary key) nədir (Access 2010)?
A) Formalarda istifadə üçün imzadır
B) Sahənin dəyişməyən adıdır
C) Hesabatlarda istifadə üçün imzadır
D) Cədvəlin hər bir sətrini birqiymətli təyin edən sahədir
E) Verilənlər daxil edilərkən təkrarlanan sahədir
4. Aşağıdakılardan hansı verilənlərin modelinin tipi deyil?
A) Obyektyönlü
B) Şəbəkə
C) Qeyri-xətti
D) İyerarxik
E) Relyasiya
5. “Sayğac” sahəsinin xüsusiyyəti nədən ibarətdir?
A) Avtomatik artma xassəsinə malikdir
B) Valyuta (pul) tipli verilənlərin daxil edilməsinə xidmət edir
C) Verilənlər sahədə deyil, digər yerdə yerləşir. Sahədə isə məntini yerləşdiyi yerin göstəricisi yerləşir
D) Məhdud ölçüyə malikdir
E) Həqiqi ədədlərin daxil edilməsinə xidmət edir
6. Relyasiya nisbətinin qüvvəti (dərəcəsi) nə deməkdir?
A) 2-yə bölünən domenlərin sayı
B) nisbətdəki kortejlərin sayı
C) 2-yə bölünən kortejlərin sayı
D) nisbətdəki verilənlərin sayı
E) nisbətdəki domenlərin sayı
7. Atributa aid olanı göstərin:
A) Yazıların sayı
B) Cədvəlin sətri
C) Sütunun başlığı
D) Yazıdakı sahələrin sayı
E) Bir və ya bir neçə sahə
8. Sorğular ... obyektlərdir (Access 2010).
A) verilənlər bazasının bir yazısını özündə saxlayan
B) informasiyanı daha əyani əks etdirməyə imkan verən
C) yekun qiymətlərinin təyini üçün nəzərdə tutulmuş verilənlərin saxlanılması üçün istifadə olunan
D) müxtəlif meyarlara görə informasiyanın axtarışı və verilənlər bazasından alınması üçün nəzərdə tutulmuş
E) Visual Basic dilində yazılmış proqramı özündə saxlayan
9. Verilənlər bazası strukturunda sahə anlayışı nəyi bildirir?
A) Açarı
B) Cədvəlin sətrini
C) Cədvəlin sütununu
D) Cədvəli
E) Sütunun başlığını
10. Verilənlər bazası fraqmenti cədvəl şəkilində verilmişdir.
Cədvəlin hansı yazıları NOT(Vəzifə=“mühasib”)AND(Maaş>400 OR NOT(Staj<=5)) şərtini ödəyir?
A) 3, 9
B) 1, 4, 5, 6, 7, 8
C) 1, 2, 5, 6
D) 2, 4, 5, 6, 7, 8
E) 1, 2, 3, 5, 6