Yoxlama nəticələri

1. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun olan variantı seçin.
8, 12, 24, 60, 168, ?

A) 298
B) 492
C) 484
D) 336
E) 242


2. Sinfin yeddi məzunu (A, B, C, D, E, F, G) tibb universitetinin “Müalicə işi”, “Əczaçılıq” və “Stomatologiya” fakültələrinə qəbul oldular.
- A və E eyni fakültəyə qəbul oldular.
- “Əczaçılıq” fakültəsinə məzunlardan yalnız biri qəbul oldu.
- B, D və F müxtəlif fakültələrə qəbul oldular.
- G – nin qəbul olduğu fakültəyə bu sinifdən cəmi iki nəfər qəbul oldu.
Aşağıdakılardan hansı mütləq səhvdir?

A) A və B müxtəlif fakültələrə qəbul oldular.
B) “Müalicə işi” fakültəsinə məzunlardan dördü qəbul oldu
C) “Stomatologiya” fakültəsinə məzunlardan ikisi qəbul oldu.
D) C “Əczaçılıq” fakültəsinə qəbul oldu
E) G “Müalicə işi” fakültəsinə


3. “?” əvəzinə hansı ədəd yazılmalıdır?


A) 64
B) 92
C) 72
D) 48
E) 80


4. Bir-birindən fərqli A və B ədədləri üçün uyğunluğu müəyyən edin:


Sizin cavabınız:
Doğru cavab: 32131


5. Verilmiş cədvəlin xanalarına 1, 2, 3, 4, 5 və 6 rəqəmləri elə yazılmalıdır ki, eyni bir sətirdə və sütunda, həmçinin işarələnmiş 6 xanalı eyni bir blokda heç bir rəqəm təkrarlanmasın. Bu şərtlərə uyğun olaraq “?” işarəsinin yerində hansı rəqəmin olacağını tapın.


A) 2
B) 5
C) 3
D) 4
E) 1


6. Qanunauyğunluğu müəyyən edin və "?" əvəzinə uyğun variantı seçin.
1, 2, 6, 24, 120, ?

A) 720
B) 288
C) 600
D) 480
E) 512


7. Verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olan variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınmalıdır).
buğda - un

A) kağız – ağac
B) ot – sümük
C) saat – saniyə
D) neft – mazut
E) kitab – jurnal


8. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun olan variantı seçin.


A) 1
B) 2
C) 3
D) 4
E) 5


9. Tural, Vüsal və Orxanın cəmi 168 manatları var. Tural və Vüsalın pullarının cəmi Orxanın pulundan iki dəfə çoxdur. Vüsal və Orxanın pullarının cəmi Turalın puluna bərabərdir. Turalın neçə manatı var?
Sizin cavabınız:
Doğru cavab: 84


10. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun olan variantı seçin.


A) 38
B) 31
C) 44
D) 14
E) 39


11. Ruhid, Əli, Vaqif və Ceyhun dostdurlar. Onlar Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində işləyirlər. Onlardan ikisi iqtisadçı, biri həkim, biri də hüquqşünasdır. Gəncə şəhərində işləyən iqtisadçı deyil. Hüquqşünas nə Sumqayıt, nə də Gəncə şəhərində işləmir. Ceyhun Bakıda, Ruhid isə Gəncə şəhərində işləmir. Ruhid və Vaqif iqtisadçı deyil. Lənkəranda işləyən də iqtisadçı deyil.
Mətnə əsasən, Əli və Vaqifin ixtisaslarını və hansı şəhərlərdə işlədiklərini müəyyən edin.

A) Əli – hüquqşünas, Sumqayıt; Vaqif – iqtisadçı, Gəncə
B) Əli – iqtisadçı, Bakı; Vaqif – həkim, Gəncə
C) Əli – həkim, Sumqayıt; Vaqif – iqtisadçı, Gəncə
D) Əli – iqtisadçı, Gəncə; Vaqif – həkim, Bakı
E) Əli – iqtisadçı, Sumqayıt; Vaqif – hüquqşünas, Lənkəran


12. Ev heyvanı (it, pişik və ya hər ikisini) saxlayan 1000 nəfər arasında sorğu keçirildi. Məlum oldu ki, onlardan 630 nəfəri pişik saxlayır. Pişik saxlayanların 1/3 -i həm də it saxlayır. Sorğuda iştirak edənlərdən neçəsi it saxlayır?
A) 370
B) 580
C) 150
D) 210
E) 160


13. A, B, C, D sinifləri şahmat, tennis və futbol yarışlarına qatılır. Eyni yarış və sinif ard-arda olmayacaq şəkildə 1-dən 12-yə qədər sıralanır. Hər sinif 3 yarışa da qatılır. Siniflərin yarışları və sırası ilə əlaqəli aşağıdakılar məlumdur:
-B sinfi futbol, şahmat və tennis yarışlarını verilən ardıcıllıqla 2 və ya 2-nin misli olan sıralarda keçirir.
- C sinfi futbolu 2-ci sırada, A sinfi isə 10-cu sırada oynayır.
- D sinfi futbolu 7-ci sırada, şahmatı isə 11-ci sırada oynayır.
Buna görə aşağıdakılardan hansı mütləq doğrudur?

A) 12-ci sırada tennis oynanır
B) B şahmatı 6-cı sırada oynayır
C) B sinfi tennisi 8-ci sırada oynayır
D) 1-ci sırada şahmat oynanır
E) 9-cu sırada D-nin yarışı yer alır.


14. Şagird dörd dərslik (A, B, C, D) və bir lüğət kitabını rəfə yanaşı elə düzməlidir ki, lüğət kitabı ya birinci, ya da sonuncu olsun. Şagird bunu nəzərə alaraq kitabları rəfə neçə cür düzə bilər?
A) 52
B) 20
C) 48
D) 32
E) 38


15. Şəkildə hər biri bağlar vasitəsilə bir və ya bir neçə kvadrat ilə əlaqələnən 12 kvadratdan ibarət fiqur verilmişdir. Bu fiqur deformasiyaya uğrayaraq aşağıdakı şəklə düşmüşdür (kvadratlar bir-birinə nəzərən yerini dəyişmiş, bağlar qırılmamışdır).
X və Y ilə hansı kvadratlar işarələnib (müvafiq ardıcıllıqla)?



A) R, F
B) M, İ
C) R, N
D) A, K
E) M, N


16. Qanunauyğunluğu müəyyən edin və k-nın qiymətini tapın.


A) 4
B) 6
C) 8
D) 10
E) 15


17. “?” əvəzinə hansı variant yazılmalıdır?

8956 → 1445
7549 → 1620
9621 → 1012
6279 → ?

A) 1514
B) 518
C) 1154
D) 1415
E) 815


18. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun variantı seçin.


A) 1
B) 2
C) 3
D) 4
E) 5


19. A, B, N, T, Ə, S, İ və L bir-birindən fərqli rəqəmlərdir.
A=2 olarsa, T-nin ala biləcəyi qiymətlərin cəmini tapın.



A) 12
B) 7
C) 11
D) 9
E) 8


20. Aşağıdakı diaqramdakı göstəricilərə görə, özəl ali məktəblərə qəbul olanlar ali məktəblərə qəbul olanların neçə faizini təşkil edir?


Sizin cavabınız:
Doğru cavab: 17


21. Qanunauyğunluğu müəyyən edin və “?” əvəzinə uyğun olan variantı seçin.
X=?; Y=?



A) 16; 12
B) 14; 13
C) 13; 12
D) 16; 13
E) 18; 14


22. Dörd yerə qatlanmış vərəqdə kəsiklər edilib. Fikrən vərəqi açın və uyğun olan cavab variantını seçin.


A) 1
B) 2
C) 3
D) 4
E) 5


23. Babək, Rəşad, Adil, Həşim, Fərid məktəbdən çıxdılar. Onlardan ikisi motosikillə, ikisi avtobusla, biri isə piyada getdi.
- Babək motosikillə onlardan biri ilə getdi, bu, nə Fərid, nə də Həşim idi.
- Adil Fəridlə getdi.
Kimlər motosikillə getdilər?

A) Babək, Adil
B) Babək, Rəşad
C) Babək, Həşim
D) Babək, Fərid
E) Adil, Fərid


24. Hərflərinin sırası pozulmuş beş sözdən dördü arasında məntiqi əlaqə vardır. Fərqli sözü göstərin.
A) yuurğ
B) drıqbaş
C) çeneç
D) atnam
E) attar


25. Qanunauyğunluğu müəyyən edin və boşluğa uyğun olan variantı seçin.


A) 1
B) 2
C) 3
D) 4
E) 5